Yer üçün yeni təhlükə: 2032-ci ildə...

Yer üçün yeni təhlükə: 2032-ci ildə...
12.06.2025 11:04 Maraqlı

"2024 YR4" asteroidinin Yerə toqquşma riski demək olar ki, sıfıra enib, lakin Ay üçün təsir ehtimalı artıb.

TodayPress TV xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

2025-ci ilin fevralında aparılan ilkin hesablamalara görə, "2024 YR4" adlı asteroidin 2032-ci ilin dekabrında Yerə toqquşma ehtimalı 3,1 faiz olaraq qiymətləndirilmişdi. Lakin sonrakı müşahidələr bu riski böyük ölçüdə aradan qaldırıb. Yeni məlumatlara əsasən, asteroidin Ayla toqquşma ehtimalı isə əvvəlki 3,8 faizdən 4,3 faizə yüksəlib.

Riskin yenidən qiymətləndirilməsi, 2025-ci ilin may ayında "James Webb" Kosmik Teleskopu (JWST) tərəfindən aparılan müşahidələr əsasında həyata keçirilib.

Yeni müşahidələr asteroidin trayektoriyasını daha dəqiq hesablamağa imkan verib.

Alimlər bildirirlər ki, mümkün toqquşma Ayın orbitinə təsir etməyəcək, lakin onun səthində böyük bir kraterin yaranmasına səbəb ola bilər. Bu isə Ayın quruluşunun öyrənilməsi və kraterlərin əmələ gəlməsi prosesinin müşahidəsi üçün nadir elmi imkan yarada bilər.

Qeyd edilib ki, 2032-ci ildə baş verə biləcək toqquşma ehtimalı daha dəqiq qiymətləndiriləcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 IYUN 2026
İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Bütün Xəbərlər