Qadın 3700 iti xilas etmək üçün işini tərk etdi

Qadın 3700 iti xilas etmək üçün işini tərk etdi
11.04.2026 19:45 Maraqlı

ABŞ-da bir qadın 3700 iti xilas etmək üçün gündəlik işindən imtina edib.

TodayPress TV xəbər verir ki,  bu barədə “Woman’s World” nəşri yazıb.

Qeyd edilib ki, o, mopslara (puqlara) olan sevgisinin həyatını necə dəyişdiyini bölüşüb.

Qvenn Vallone uzun illər müxtəlif it sığınacaqlarında könüllü kimi fəaliyyət göstərib. Bir gün o, ilk dəfə puqlarla tanış olub və bu cinsə xüsusi bir sevgi bəsləməyə başlayıb. Hətta onlardan birini övladlığa götürüb.

Sonrakı beş il ərzində Vallone Cənubi Kaliforniyada fəaliyyət göstərən bir mops xilasetmə təşkilatını dəstəkləyərək eyni zamanda öz biznesini idarə edib. Lakin bir müddət sonra təşkilatın rəhbəri xəstələnib və artıq 100-dən çox mopsa baxa bilməyib. Bu səbəbdən Vallone təşkilatın fəaliyyətini öz üzərinə götürmək məcburiyyətində qalıb. Bunun üçün o, qeyri-kommersiya təşkilatı yaradıb və dörd il sonra öz biznesindən tamamilə imtina edib.

Hazırda Vallone 3700-dən çox mopsun yeni ev tapmasına kömək edib. O, sığınacaqda açıq qapı günləri, tematik tədbirlər və it modası nümayişləri kimi müxtəlif aksiyalar təşkil edir.

“Heç vaxt düşünməzdim ki, mopslara olan sevgim tam hüquqlu bir karyeraya çevriləcək. Onlar üçün hər şeydən imtina etmək asan olmadı, amma heç vaxt geri baxmadım",- qadın deyib.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Все новости