iPhone Air-ə fiziki SIM yuvası əlavə etdilər

iPhone Air-ə fiziki SIM yuvası əlavə etdilər
24.01.2026 19:00 Maraqlı

Çinli həvəskarlar iPhone Air modelinə fiziki SIM kart yuvası quraşdırmağa nail olublar. 

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki,  "GSMArena"nın məlumatına görə, qlobal bazarda yalnız eSIM versiyasında satılan bu model Çində modifikasiya edilərək fiziki SIM kart dəstəyi ilə təqdim edilib.

Bildirilir ki, cihaz Şençjen şəhərində yerləşən məşhur Huaqiangbei elektronika bazarı ilə əlaqəli ustalar tərəfindən dəyişdirilib. SIM kart yuvası USB-C portunun yanında yerləşdirilib ki, bu da smartfonun daxili quruluşunda ciddi dəyişikliklər tələb edib. Xüsusilə, orijinal Taptic Engine vibrasiya mühərriki daha kompakt versiya ilə əvəz olunub və bununla da SIM kart oxuyucusu üçün əlavə yer yaradılıb.

Paylaşılan görüntülərdə modifikasiya edilmiş iPhone Air-in China Telecom SIM kartı ilə işlədiyi, səsli zənglər etdiyi və 5G mobil şəbəkəsinə qoşulduğu aydın görünür. Həmçinin qeyd olunur ki, dəyişikliklərə baxmayaraq, smartfon IP68 toz və suya davamlılıq göstəricisini qoruyub saxlayıb.

Xatırladaq ki, iPhone Air rəsmi olaraq 9 sentyabr 2025-ci ildə iPhone 17 seriyasının digər modelləri ilə birlikdə təqdim edilib. Qlobal satışlar 19 sentyabr 2025-ci ildə başlayıb. Çində isə model eSIM texnologiyasının istifadəsinə tənzimləyici qurumlar və mobil operatorlar tərəfindən icazə verildikdən sonra, 22 oktyabr 2025-ci ildə satışa çıxarılıb.

Jalə Rövşən

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Все новости