Britaniyalı alimlərdən UNİKAL KƏŞF

Britaniyalı alimlərdən UNİKAL KƏŞF
11.05.2026 01:00 Maraqlı

Britaniyalı tədqiqatçılar bütün məlum həyat formalarından fərqli genetik koddan istifadə edən mikroskopik orqanizm aşkar ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "PLOS Genetics" jurnalında məlumat verilib.

Qeyri-adi kəşf alimlər tərəfindən təsadüfən, ayrı-ayrı hüceyrələrin DNT ardıcıllığını müəyyənləşdirmə texnologiyası sınaqdan keçirilərkən edilib.

Təcrübə üçün alimlər Oksford Universitetinin parkındakı gölməçədən ibtidai orqanizm nümunəsi götürüblər. Yeni növə "Oligohymenophorea sp. PL0344" adı verilib.

Məlum olub ki, bu mikroorqanizm biologiyanın fundamental qaydalarından birini - stop-kodonların istifadəsi prinsipini pozur. Adətən genetik kodda hüceyrəyə zülal sintezini dayandırmağı bildirən üç xüsusi siqnal mövcuddur: TAA, TAG və TGA.

Canlıların böyük əksəriyyətində bu "durğu işarələri" eyni şəkildə fəaliyyət göstərir. Təbiətdə nadir hallarda bəzi istisnalara rast gəlinir və stop-kodonlar yeni məna qazana bilir. Lakin TAA və TAG kodonları adətən birlikdə dəyişərək eyni amin turşusunu kodlaşdırmağa başlayır.

Yeni aşkar olunan orqanizm isə bu baxımdan unikaldır. Belə ki, onda TAA lizin amin turşusunu, TAG isə qlutamin amin turşusunu kodlaşdırır. Bu halda yeganə həqiqi stop-kodon kimi yalnız TGA qalır.

"Bu, son dərəcə qeyri-adidir. Biz indiyədək iki keçmiş stop-kodonun fərqli amin turşularını kodlaşdırdığı başqa bir hala rast gəlməmişik", - deyə tədqiqatın rəhbəri Ceymi Makqouen bildirib.

Alimlər qeyd edirlər ki, bu kəşf uzun illər Yer üzündəki bütün həyat formaları üçün demək olar universal hesab olunan genetik kodun sabitliyi ilə bağlı təsəvvürləri dəyişə bilər.

Tədqiqatçıların fikrincə, bu tapıntı elmə mikroskopik həyat formaları barədə hələ nə qədər az məlumatın məlum olduğunu bir daha göstərir.

"Təəccüblüdür ki, biz bunu tamamilə təsadüfən, sadəcə DNT ardıcıllığını müəyyənləşdirmə metodunu sınaqdan keçirərkən aşkar etdik. Bu, təbiətdə hələ nə qədər qeyri-adi genetik sistemlərin gizləndiyini xatırladır", - deyə Makqouen vurğulayıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Все новости