5 bağlanmış bankın əmlakları hərraca çıxarılır

5 bağlanmış bankın əmlakları hərraca çıxarılır
14.01.2026 14:08 Maliyyə

Ləğv edilən "Texnikabank", "Muğanbank","Günaybank", "NBCBank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Texnikabank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaxana küçəsi, 7 ünvanındakı dəyəri 750 min manat olan 247,92 kv metrlik qeyri-yaşayış sahəsindən, "Muğanbank"a məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96 ünvanındakı dəyəri 1,5 milyon manat olan 218,3 kv metrlik qeyri-yaşayış binasından, "Günaybank"a məxsus dəyəri 13 min manat olan "CHERY TIGGO 2" markalı minik avtomobilindən, "NBCBank"a məxsus Şamaxı rayonu, Məlhəm kəndindəki dəyəri 200 min manat olan 464,2 kv metrlik fərdi yaşayış evindən, "Qafqaz İnkişaf Bankı"na məxsus Bakı şəhəri, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi, 147А ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv metrlik qeyri-yaşayış sahəsindən gedir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 Все новости