Yanvar-may aylarında aqrar sektor 1,5 % böyüyüb

Yanvar-may aylarında aqrar sektor 1,5 % böyüyüb
17.06.2025 14:55 Kənd Təsərrüfatı

Bu ilin yanvar-may aylarında Azərbaycanda 3 milyard 706 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3,1 % artaraq 867,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1 % artaraq 2 milyard 838 milyon manat təşkil edib.

Ölkədə yazlıq kənd təsərrüfatı bitkilərinin əkini əsasən başa çatıb. İyunun 1-nə 369,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 73,1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 33,9 min hektarı dən üçün qarğıdalı), 44,8 min hektar sahədə kartof, 59,3 min hektar sahədə tərəvəz, 17,3 min hektar sahədə bostan bitkiləri, 100,6 min hektar sahədə pambıq, 12,7 min hektar sahədə dən üçün günəbaxan, 7,2 min hektar sahədə şəkər çuğunduru, 2,5 min hektar sahədə tütün, 47,8 min hektar sahədə çoxillik otlar, 3,8 min hektar sahədə birillik otlar və 0,7 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

5 ay ərzində ölkədə quş əti daxil olmaqla diri çəkidə 233,6 min ton ət, 916,5 min ton süd, 1 milyon 11,2 milyon ədəd yumurta, 11,2 min ton yun, 1,3 ton barama istehsal edilmiş, ötən ilin eyni dövrünə nisbətən yumurta istehsalı 2,8 %, ət istehsalı 1,2 %, süd istehsalı 0,2 % artıb, yun istehsalı 1,4 %, barama istehsalı isə 58,1 % azalıb.

XƏBƏR LENTİ
01 IYUN 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Bütün Xəbərlər