"Apple" ilin ilk yarısında "iPhone 17e"ni təqdim edəcək

"Apple" ilin ilk yarısında "iPhone 17e"ni təqdim edəcək
09.02.2026 19:30 İKT

"Apple" 2026-cı ilin ilk yarısında "iPhone 17e", bir neçə "iPad" modeli və yeni nəsil "MacBook"ların təqdimatına hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, "Apple" əsas "iPad"in 12-ci nəsil modelini A18 prosessoru ilə təqdim edəcək. Sözügedən çip "iPhone 16" modellərində istifadə olunur. Bundan başqa, "iPad Air" modellərinin kompüter səviyyəli A4 prosessoru ilə təchiz ediləcəyi gözlənilir.

Qeyd olunur ki, standart "iPad" ilk dəfə 8 GB operativ yaddaş və "Apple Intelligence" dəstəyi alacaq. Şirkət bu funksiyanı yenilənmiş modelin bazarda irəlilədilməsi üçün əsas amillərdən biri hesab edir.

Ən yaxın təqdimat isə "iPhone 17e" olacaq. Yeni smartfon A19 prosessoru və "MagSafe" dəstəyi ilə təqdim ediləcək. Bununla belə, cihaz əvvəlki modeldə olduğu kimi “çəlik” dizaynını qoruyacaq. Şayiələrə əsasən, təqdimat 19 fevral tarixində baş tuta bilər.

Bundan əlavə, "Apple" yenilənmiş "MacBook Pro" və "MacBook Air" modellərini də təqdim etməyi planlaşdırır. Lakin noutbuk seqmentində əsas yenilik “büdcə” "MacBook" olacaq. Bu cihaz M-seriyalı deyil, "iPhone"larda istifadə olunan A-seriyalı prosessorla təchiz ediləcək və "Mac" ekosisteminə yeni istifadəçilər üçün daha əlçatan giriş nöqtəsi kimi nəzərdə tutulur.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Все новости