“Komо” ilə möhtəşəm layihə davam edir
Sesk Fabreqas İngiltərə Premyer Liqasından (İPL) gələn təklifləri rədd edib və “Komo” klubunu UEFA Çempionlar Liqasına hazırlamağa davam edəcək.
TodayPress TV xəbər verir ki, insayder Fabritsio Romano ispan mütəxəssisin İPL-dən gələn təklifləri qəbul etmədiyini bildirib.
Məlumata görə, Fabreqas İtaliyada qalaraq “Komo”nun tarixi uğur layihəsini davam etdirmək qərarına gəlib və komandanı ilk dəfə UEFA Çempionlar Liqasında çıxışa hazırlayacaq.
“Komо” 2025/2026-cı illər mövsümündə A Seriyasında 4-cü yeri tutaraq tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb. Klub həmçinin “Milan” və “Yuventus” kimi nəhəngləri geridə qoyub.
Xatırladaq ki, “Komо” 2023/2024-cü illər mövsümündə B Seriyasında çıxış edirdi, bir il sonra isə elitada 10-cu yeri tutaraq möhkəmlənmişdi.
Namiq HUN