Dünya çempionatı öncəsi Messi həyəcanı yaşandı
Lionel Messinin 2026-cı il dünya çempionatı öncəsi zədəsinin detalları məlum olub.
TodayPress TV xəbər ver ir ki, nüfuzlu jurnalist Qaston Edul sosial şəbəkədə futbolçunun durumu ilə bağlı açıqlama yayıb.
“Inter Mayami”nin argentinalı hücumçusu MLS-də “Filadelfiya Yunion” ilə keçirilən və 6:4 hesabı ilə başa çatan matçın 73-cü dəqiqəsində ehtiyat tədbiri məqsədilə əvəzlənib.
Bildirilir ki, Lionel Messi budun arxa nahiyəsində yüklənmə hiss etdiyi üçün ehtiyat məqsədilə əvəzlənməsini istəyib. Onun əzələsində ciddi zədə yoxdur. Problemin böyüməməsi və riskə getməmək üçün oyunu davam etdirməyib.
Qeyd edək ki, DÇ-2026 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Son dünya çempionu olan Argentina yığma komandası turnirin qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya milliləri ilə qarşılaşacaq.
Namiq HUN