Ançelottidən sərt mesaj: “Mənə ulduz yox, döyüşçü lazımdır”

Ançelottidən sərt mesaj: “Mənə ulduz yox, döyüşçü lazımdır”
19.05.2026 09:32 İdman

Karlo Ançelotti Braziliya yığmasının heyətində Neymarın gələcək rolu ilə bağlı açıqlama verib.

TodayPress TV UOL-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ulduz futbolçunun əsas heyətdə oynamaq üçün bunu məşqlərdə sübut etməli olduğunu bildirib.

Ançelotti Neymarın fiziki durumunu dəyərləndirərək onun son oyunlarda praktikaya sahib olduğunu qeyd edib:

“Dünya çempionatının başlanğıcına qədər formasını daha da yaxşılaşdırmaq üçün vaxtı ola bilər. Onun belə turnirlərdəki təcrübəsinin, komandadakı nüfuzunun və yaratdığı atmosferin nə qədər vacib olduğunu anlayırıq”.

İtaliyalı məşqçi futbolçunun heyətdə xüsusi imtiyaza sahib olmadığını vurğulayıb:

“Neymar yalnız buna layiq olsa oynayacaq. Qarşıda məşqlər var və qərarlar həmin hazırlıq prosesindən sonra veriləcək. Mənə ulduzlar lazım deyil, nəticə üçün çalışan futbolçular lazımdır”.

Ançelotti Neymarı hücumun mərkəzinə daha yaxın gördüyünü də bildirib. O, həmçinin Panama ilə keçiriləcək yoldaşlıq görüşündə mümkün qədər çox futbolçuya şans vermək istədiyini deyib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 Все новости