Hərbi polisin nümayəndə heyəti Bolqarıstana səfər etdi

Hərbi polisin nümayəndə heyəti Bolqarıstana səfər etdi
19.03.2026 14:14 Hərbi

Azərbaycan hərbi polisinin nümayəndə heyətinin Bolqarıstana səfəri çərçivəsində hər iki ölkənin hərbi polislərinin əməkdaşlığı müzakirə olunub.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər edib.

Səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin və Regional Hərbi Polis Bölməsinin inzibati binalarını ziyarət edib, hərbi polis strukturlarının təşkili, idarəetmə mexanizmləri və gündəlik xidməti fəaliyyətin xüsusiyyətləri ilə yaxından tanış olub.

Həmçinin Bolqarıstan hərbi polisinin sülh və müharibə dövründə üzərinə düşən vəzifələr, NATO çərçivəsində yerinə yetirdiyi fəaliyyətlər barədə təqdimatlar verilib.

Görüşdə hərbi polis sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Qarşılıqlı təcrübə mübadiləsinin və peşəkar hazırlığın artırılması, eləcə də birgə fəaliyyət imkanlarının genişləndirilməsi məsələləri xüsusi vurğulanıb.

Səfər iki ölkə arasında hərbi polisin fəaliyyətləri sahəsində əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

TodayPress TV

ФОТО

Hərbi polisin nümayəndə heyəti Bolqarıstana səfər etdi — 1
Hərbi polisin nümayəndə heyəti Bolqarıstana səfər etdi — 2
ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Все новости