Hərbçilərin MƏNZİL PROBLEMİ niyə həll olmur?

Hərbçilərin MƏNZİL PROBLEMİ niyə həll olmur?
04.12.2025 18:00 АРМИЯ

Sosial şəbəkələrdə Silahlı Qüvvələrdə 20 il və artıq qulluq edən hərbi qulluqçuların uzun illərdir mənzil növbəsinə yazılmasına baxmayaraq hələ də mənzillə təmin edilmədiyi barədə paylaşımlar artmaqdadır.

Bəs hərbçilərə ev verilməsi niyə belə çətindir ?

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, polkovnik Üzeyir Cəfərov TodayPress TV-yə açıqlamasında bildirib ki, hazırda mənzil növbəsində olan yüzlərlə, hətta minlərlə hərbçi uzun illərdir gözləyir və prosesin ləng getməsi ciddi narazılıq yaradır. 


"Silahlı Qüvvələrdə 20 ildən artıq xidmət etmiş hərbi qulluqçuların mənzillə təminatı məsələsi illərdir müzakirə mövzusudur. Sosial şəbəkələrdə bu barədə müxtəlif məlumatlar yayılır. Onlar arasında dəqiqi də var, şişirdilmişi də, qeyri-real olanı da."

Onun sözlərinə görə, Milli Məclisdə 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı bu istiqamətdə növbəti il üçün də 35 milyon manat vəsaitin ayrılması barədə fikir səsləndirilib. Bu vəsait yalnız Bakı üçün deyil, Sumqayıt, Gəncə və digər şəhər və rayonlarda hərbçilər üçün mənzil alınmasına yönəldiləcək.


Polkovnik hesab edir ki, ayrılan vəsaitə baxmayaraq, indiki templə davam etsə, proses daha uzun illər vaxt alacaq: 

“Bu məsələ öz həllini tapmalıdır və əslində çətin deyil. Təəssüf ki, bəzi şəxslər bu sahəni özləri üçün bir növ monopoliyaya çeviriblər. Ev problemi onları qətiyyən maraqlandırmır, çünki öz mənzilləri var. Digərlərinin problemi isə ikinci dərəcəli hesab olunur. Əməli tədbirlər görülməsə, bu məsələ daha illərlə uzanacaq. Mənzil növbəsində olanların gözləntiləri böyükdür və bu insanlar artıq nəticə görmək istəyirlər”.  

Üzeyir Cəfərovun sözlərinə görə, hərbçilərin mənzil təminatı məsələsi nə qədər gecikdirilsə, sosial narazılıq o qədər artacaq və problemin miqyası genişlənəcək.

Nicat Osman

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Все новости