Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi?

Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi?
01.06.2026 11:10

Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyindən TodayPress TV-yə verilən xəbərə görə, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.

Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

TodayPress TV

ФОТО

Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? — 1
ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости