92 MİLYONLUQ əməliyyat: Tonlarla narkotik ələ keçirildi!

92 MİLYONLUQ əməliyyat: Tonlarla narkotik ələ keçirildi!
19.05.2026 16:50 Hadisə

Bu ilin yanvar-aprel aylarında hüquq mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ümumilikdə 3 061 cinayət faktı aşkarlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Həmin cinayətlərdən 702-si narkotik vasitələrin qanunsuz satışı, 2343-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 14-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 529 kq 169,4 qram və 3536 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 055 kq 320,59 qramını marixuana, 177 kq 876,246 qramını heroin, 70 kq 346,69 qramını tiryək, 173 kq 547,24 qramını həşiş, 7 kq 276,04 qramını digər narkotik vasitələr və 44 kq 802,594 qramını psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 93 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılmış 3 ton 529 kq 169,4 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 92 milyon 440 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1505 nəfər cəlb edilib, onlardan 1473 kişi, 32 qadın olub.

Məsuliyyətə cəlb edilmiş 21 xarici ölkə vətəndaşından ümumilikdə 112 kq 811,238 qr və 24 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 62 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 869 kq 645,525 qr narkotik vasitə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 70-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 723 kq 077,3 qr narkotik vasitə və psixotrop maddə və 4,2 qr güclü təsir edən maddə müsadirə edilib.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-aprel ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 69, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 269 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 936 kq 168,998 qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 6 nəfər artıb, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 16 fakt, qrup halında olan cinayətlərin sayı 9 fakt, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 8, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 12 nəfər azalıb.

2025-ci ilin yanvar-aprel ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 14 kq 102,087 qr (66%), psixotrop maddələrin çəkisi 23 kq 302,038 qr (34,2%) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 3 ton 055 kq 320,59 qr-nı (86,5%) marixuana təşkil edib. Onun da 2 ton 450 kq 944,55 qr qramı (80,2%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 604 kq 376,04 qramı (19,8%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar 2026-ci ilin tarixdə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istuintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsir maddələr yandırma üsulu ilə məhv edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 280, QİÇS-lə Mübarizə Mərkəzində 291, Sumqayıt Narkoloji Mərkəzində 125 nəfər) 696 xəstə müalicə alır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 Все новости