TƏCİLİ! Taksi qiymətləri artacaq

TƏCİLİ! Taksi qiymətləri artacaq
05.01.2026 14:30 Gündəm

"Benzin və dizelin bahalaşması taksi sektoruna birbaşa təsir göstərir. Hazırda taksilərin böyük əksəriyyəti benzinlə işləyir, baxmayaraq ki, elektrik avtomobilləri də mövcuddur. Lakin benzinlə işləyən taksilərin sayı hələ də çoxluq təşkil edir və yanacağın bahalaşması onların xərclərini birbaşa artırır".

Bu fikirləri TodayPress TV-yə açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.


Onun sözlərinə görə, taksi xidməti göstərənlər əsasən özəl şirkətlər və fərdi sahibkarlardır. Bu da o deməkdir ki, onlar öz əməliyyat xərclərinə uyğun olaraq qiymət siyasətini müstəqil müəyyən edirlər

"Hələlik rəsmi tarif artımı elan edilməsə də, hər bir taksi şirkətinin qiymətlərlə bağlı ayrıca qərar verməsi mümkündür. Ümumilikdə isə yanacaq xərcləri taksi fəaliyyətinin əsas komponentlərindən biri olduğu üçün qiymət artımı qaçılmaz görünür".

İqtisadçı əlavə edib ki elektrik avtomobilləri ilə bağlı da müəyyən çətinliklər mövcuddur:

"Bu nəqliyyat vasitələrinin doldurulması və istismarı ilə bağlı nəzarət tədbirləri sərtləşdirilir. Nəzarətin olması müsbət haldır, lakin hazırda bir çox taksi bu tələblərə tam hazır deyil. Bu vəziyyət də əməliyyat xərclərinin artmasına səbəb olur".

Elçin Rəşidov vurğulayıb ki, taksi tariflərinin yüksəlməsi isə yalnız sərnişin daşımalarına deyil, eyni zamanda çatdırılma xidmətləri və taksidən asılı olan digər sahələrin də xərclərinə təsir göstərəcək.

Qeyd edək ki, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti 10 qəpik qaldırılıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
“Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Все новости