İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi

İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi
22.01.2026 16:30 Elm və Təhsil

Ölkə üzrə ilk dəfə Bakı şəhəri 11 nömrəli xüsusi ümumtəhsil məktəbində peşə təmayüllü sinif təşkil edilib.

Bu barədə TodayPress TV-yə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 2025–2026-cı tədris ilindən etibarən yaradılan sinifin təşkili üçün xüsusi işçi qrupu formalaşdırılıb, peşə ixtisası müəyyən edilib və tədris proqramı hazırlanıb. Tədris prosesinin effektiv təşkili məqsədilə məktəbdə xüsusi emalatxana yaradılıb və zəruri maddi-texniki baza ilə təmin edilib.

Bildirilib ki, peşə təmayüllü sinif sağlamlıq imkanları məhdud olan 8 şagirdin təhsil aldığı 10-cu sinif üzrə komplektləşdirilib. Sinifdə şagirdlərə tikişçi ixtisası üzrə bilik və bacarıqlar öyrədilir.

Peşə sinfinin fəaliyyəti ilə tanışlıq zamanı dərslər və praktiki məşğələlər müşahidə edilib, şagirdlərin bacarıqları nümayiş etdirilib, tədris planı və proqramların icra vəziyyətinə baxış keçirilib.

Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu da iştirak edib. O bildirib ki, məktəbi bitirən şagirdlərin akademik göstəriciləri ilə yanaşı, özünəxidmət vərdişləri, məişət və ev təsərrüfatı sahəsində bəlli səriştələrinin formalaşması vacibdir.

Qeyd edək ki, pilot layihənin icrası xüsusi təhsilə ehtiyacı olan şagirdlərin bacarıqlarının inkişaf etdirilməsinə, onların əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.

TodayPress TV

ФОТО

İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi — 1
İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi — 2
İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi — 3
İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi — 4
İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi — 5
İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi — 6
İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi — 7
İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi — 8
İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi — 9
ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Все новости