20 min tamştat müəllim vəzifəsi yaradılacaq

20 min tamştat müəllim vəzifəsi yaradılacaq
21.11.2025 02:00 Elm və Təhsil

Yeni mexanizmin məqsədi müəllimin saat 6-ya qədər məktəbdə qalması demək deyil.

TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "İTV"də yayımlanan "Diqqət Mərkəzi" proqramında deyib.

O bildirib ki, məqsəd həm də müəllimin daha geniş fəaliyyət imkanlarının olmasıdır:

"Hazırda "tam ştat müəllim" anlayışı yalnız 30–36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir, amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30–36 saatlıq iş modeli kimi görürük. Bu model müəllimə hansı imkanları yaradır? Müəllim yalnız 18–24 saat dərs deməklə kifayətlənməməlidir. Bu dərs yükündən savayı, o, şagirdlər, məktəb və təhsilin keyfiyyəti üçün əlavə fəaliyyət göstərə bilər. Başqa bir müəllimin dərsinə daxil olub müşahidə apara bilər, həmkarına metodik tövsiyələr verə bilər, çox yaxşı müəllimdirsə, gənc müəllimlərə mentorluq edə bilər, şagirdlərin əlavə fəaliyyətləri ilə bağlı metodik təkliflər verə bilər, sinifdənkənar işlər təşkil edə bilər, müxtəlif müsabiqələr, olimpiadalar hazırlaya bilər, idman müəllimidirsə, məktəb turnirləri təşkil edə bilər. Bu fəaliyyətlər hazırda faktiki olaraq edilir, amma ödənişsiz edilir. Məsələn, idman müəllimi məktəbdə turnir keçirir, amma biz bu işə maaş vermirik. Niyə? Çünki onun iş saatı yalnız dərs yükünə hesablanır. Yeni modeldə isə bu fəaliyyətlərə görə ödəniş ediləcək".

Nazir hesab edir ki, müəllimin məktəbdə daha çox vaxt keçirməsi və gördüyü əlavə işlərin ödənməsi Azərbaycanın təhsilinə yalnız müsbət təsir göstərəcək:

"Məsələn, idman müəllimi istedadlı uşaqlarla daha çox işləyə biləcək, əlavə məşğələ və sınaqlar təşkil edəcək, onların inkişafına real töhfə verəcək".

Nazirin sözlərinə görə, mərhələli şəkildə 20 min tamştat müəllim vəzifəsi yaradılacaq:

"Müəllimimizin oturmağa yeri belə yoxdur. Ən yaxşı halda öz sinfi olan müəllimlərimiz var, onların da dərs saatı çoxdur. 12-13 saat dərsi olan müəllimin öz iş otağı yoxdur. Buna görə də müəllimin rifahını yüksəldək deyəndə, ilk növbədə, maaşını yüksəldək, daha sonra işə aidliyini, motivasiyasını yüksəldək və iş şəraitini yaxşılaşdıraq deyirik".

E.Əmrullayev bildirib ki, tam ştata keçən müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan iki dəfə çox olarsa və 20 min müəllim bu əməkhaqqını alarsa, təhsildə köklü islahatların başlanğıcı qoyulacaq:

"Tam ştatlı müəllim həftəlik 30-36 saat işləyəcək, onun 18-24 saatı tədrislə məşğul olacaq. Təbii ki, bu bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Çünki biz kiçik məktəbləri bu sistemə keçirə bilməyəcəyik, söhbət böyük məktəblərdən gedir".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 Все новости