Üç zərərli səhər vərdişi açıqlandı

Üç zərərli səhər vərdişi açıqlandı
17.05.2026 05:00 Dünya

Onkoloq Vladimir İvaşkov sağlamlığa ciddi zərər vuran üç səhər vərdişindən imtina etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, həkim bu barədə öz "Telegram" kanalında xəbərdarlıq edib.

1. Acqarına qəhvə içmək

İvaşkov səhərlər acqarına qəhvə içməməyi məsləhət görür. Məsələ burasındadır ki, bu içki qanda kortizolun ("stres hormonu") səviyyəsini artırır. Səhər saatlarında kortizol səviyyəsi onsuz da yüksək olduğu üçün qəhvə qəbulu insanda əlavə narahatlıq və qıcıqlanma hissi yarada bilər.

2. Acqarına dərman qəbul etmək

Həkim xüsusilə "Ibuprofen" və "Aspirin" kimi qeyri-steroid iltihabəleyhinə preparatları acqarına qəbul etməkdən çəkinməyə çağırıb. O vurğulayıb ki, bu vərdiş mədə xorasının inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.

3. İntensiv səhər məşqləri

V.İvaşkovun sözlərinə görə, səhərlər həddindən artıq ağır idmanla məşğul olmaq zərərlidir:

"Tədqiqatlar göstərir ki, acqarına edilən məşqlər zamanı performans 10-20% azalır və bədənin bərpası zəifləyir. Yüngül gəzinti faydalı olsa da, ağır yüklənmələr tövsiyə edilmir. Məşqdən 1-1.5 saat əvvəl zülal və karbohidrat tərkibli yüngül qidalar qəbul etmək lazımdır", - deyə mütəxəssis bildirib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 Все новости