Ermənistandan gələn bu məhsullar Rusiyaya buraxılmayacaq! Mayın 30-dan etibarən...
Rusiya mayın 30-dan etibarən Ermənistandan idxal olunan təzə pomidor, xiyar, bibər, göyərti və çiyələyə müvəqqəti məhdudiyyət tətbiq edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti – Rosselxoznadzor məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, Ermənistandan göndərilən məhsulların təhlükəsizliyini təmin edən uyğun mexanizm hazırlanmayana qədər məhdudiyyət qüvvədə qalacaq.
Rosselxoznadzor qeyd edib ki, qərar Ermənistandan Rusiyaya meyvə-tərəvəz tədarükü zamanı pozuntuların artması və fitosanitar təhlükəsizliyin qorunması məqsədilə qəbul olunub.
“Hazırkı vəziyyət ölkənin fitosanitar statusu üçün təhlükə yaradır”, – deyə qurum vurğulayıb.
Məlumata görə, Ermənistanın müvafiq qurumu əvvəllər aşkar edilmiş pozuntularla bağlı lazımi tədbirlər görməyib.
Rusiya tərəfi bildirib ki, 21–27 may tarixlərində əldə olunmuş razılaşmalar çərçivəsində Ermənistan müəssisələrində yoxlamalar aparılıb. Yoxlamalar zamanı istixanalarda Avrasiya İqtisadi İttifaqı ölkələri üçün karantin hesab olunan zərərli obyektlər aşkarlanıb.
Rosselxoznadzor əlavə edib ki, 2026-cı ildə Ermənistandan idxal olunan meyvə-tərəvəz məhsullarında bu cür pozuntularla bağlı artıq 181 hal qeydə alınıb.
Qiymət Mahir