ABŞ Senatında bəyanat: “Ukrayna qalib gələ bilər”

ABŞ Senatında bəyanat: “Ukrayna qalib gələ bilər”
25.06.2025 09:48 Dünya

NATO-nun Avropadakı birləşmiş qüvvələrinin yeni ali baş komandanı, general Aleksus Grinkevich Ukraynanın Rusiya ilə müharibədə qalib gələ biləcəyini deyib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, ABŞ Senatında keçirilən dinləmələr zamanı senator Tommi Tabervillin sualını cavablandıran general, Ukraynalıların döyüş iradəsini yüksək qiymətləndirib:

“Mən hesab edirəm ki, Ukrayna qalib gələ bilər. Vətən təhlükə altında olanda insanlar elə inadla mübarizə aparır ki, bunu təsəvvür etmək bizə çətindir, çünki biz heç vaxt bu vəziyyətdə olmamışıq”, – deyə o bildirib.

Aleksus Grinkevich bu vəzifəyə təyin olunmazdan əvvəl ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsində əməliyyatlar üzrə direktor kimi çalışıb. “Defense News” nəşrinin məlumatına görə, o, Pentaqonda ən perspektivli generallardan biri hesab olunur. Grinkevich həm də "F-16" və "F-22" qırıcı təyyarələrinin pilotu olub, Mərkəzi Komandanlıqda (CENTCOM) dörd il xidmət göstərib.

Qiymət Mahir

XƏBƏR LENTİ
02 IYUN 2026
Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 Bütün Xəbərlər