Azərbaycan dünyada mina problemi olan ölkələrin siyahısında ilk onluqdadır

Azərbaycan dünyada mina problemi olan ölkələrin siyahısında ilk onluqdadır
03.04.2026 15:34 Daxili siyasət

Azərbaycan dünyada mina problemi olan ölkələrin siyahısında ilk onluqdadır.

TodayPress TV xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yanında İctimai şuranın sədri Umud Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində bu əlamətdar gün münasibətilə mina təhlükəsinə diqqətin artırılması və maarifləndirmə məqsədilə qlobal aksiyalar keçirilir:

"Hesablamalara görə, ölkə ərazisində 1 milyon 500 mindən artıq mina mövcuddur. Bu isə Böyük Qayıdış proqramının icrasını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz dönüşünü, həmçinin yeni yaşayış məntəqələrinin və infrastruktur layihələrinin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirir".

U.Mirzəyev qeyd edib ki, mina problemi yalnız siyasi məsələ deyil, ilk növbədə bəşəri və humanitar məsələdir:

"Bu, insan həyatı, təhlükəsizlik və gələcək nəsillərin rifahı ilə bağlı qlobal çağırışdır. Müharibə başa çatsa belə, minalar onilliklər boyu insanların həyatını təhlükə altında saxlayır. BMT də bu təhlükəni qlobal humanitar məsələ kimi qiymətləndirir. Bu səbəbdən, problemin həllində dünya ictimaiyyəti vahid mövqe nümayiş etdirməli, beynəlxalq təşkilatlar, donor qurumlar və insan hüquqları təsisatları bu istiqamətdə həmrəylik göstərməlidirlər".

Şura üzvü İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda təxminən 260 min hektar ərazinin minalardan təmizləndiyini vurğulayıb: "Bu, mühüm nəticə olsa da, ümumi çirklənmiş ərazilərin həcmi nəzərə alınarsa, qarşıda görüləsi işlərin hələ çox olduğu aydındır".

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarına əsasən, hər il 4 aprel tarixi Beynəlxalq Mina Maarifləndirmə və Mina Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur.

(Report)

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 Все новости