"Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirildi

"Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirildi
20.05.2025 17:52 Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Pirallahı Rayon İcra Hakimiyyətinin, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin, “Ekosfera” İctimai Birliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron Milli Parkında "Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirilib. 

TodayPress TV xəbər verir ki, təbiət və cəmiyyət arasında harmoniyanı gender bərabərliyi prizmasından dəyərləndirmək, sosial ədalət və ekoloji məsuliyyət anlayışları üzrə ictimai  maarifləndirməni artırmaq, təbiətin mühafizəsi və gender stereotiplərinin aradan qaldırılmasına yönəlmiş cəmiyyət modelinin formalaşmasına töhfə vermək məqsədilə keçirilən tədbirdə millət vəkilləri, sözügedən qurumların əməkdaşları, sahibkarlar, məktəblilər, könüllülər, QHT və ictimaiyyət nümayəndələri iştirak edib. 

Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədrinin birinci müavini Samir Hümbətov, Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Telman Quliyev çıxış edərək təbiət və gender mövzusunun aktuallığı və əhəmiyyətini, bu iki sahənin bir-birini tamamlayan amillər olduğunu vurğulayıblar.   

Tədbir çərçivəsində “Gender və ətraf mühit qanunvericilik aspektində” mövzusunda maarifləndirici təlim, ətraf mühitə dair interaktiv sessiyalar, məktəblilər üçün master-klasslar təşkil olunub.

Eyni zamanda, açıq havada ekoloji təmiz məhsulların sərgi-satış yarmarkası keçirilib.

FOTOLAR

"Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirildi — 1
"Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirildi — 2
"Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirildi — 3
"Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirildi — 4
"Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirildi — 5
"Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirildi — 6
XƏBƏR LENTİ
03 IYUN 2026
Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Bütün Xəbərlər