Yağış sularından sonra bu evlərin yana biləcəyi ehtimal edilir - DİQQƏT

Yağış sularından sonra bu evlərin yana biləcəyi ehtimal edilir -  DİQQƏT
07.04.2026 15:55 Cəmiyyət

Son günlərdə güclü yağışlardan sonra evlərdə yanğın hallarında müəyyən artım müşahidə olunur. 7 aprel səhər saatlarında Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Hadisə zamanı evin mətbəxinin konstruksiyaları 10 m² sahədə, dəhlizin tavanı isə 15 m² sahədə yanıb.


Bəs bu cür yanğınlara səbəb nədir?

Mütəxəssislərin fikrincə, belə halların əsas səbəbləri sırasında elektrik naqillərində qısaqapanma, məişət cihazlarının nəmlənməsi və ildırım düşməsi dayanır. Xüsusilə köhnə, texniki tələblərə uyğun quraşdırılmayan və ya izolyasiyası zəif olan elektrik xətləri yağışlı hava şəraitində daha böyük risk yaradır.

Diqqət etsək, görərik ki, bir çox həyət evlərində elektrik naqilləri açıq şəkildə, çöl divarları boyunca və qoruyucu örtük olmadan çəkilir. Uzunmüddətli yağıntılar zamanı su evlərin dam və divarlarından daxil olaraq bu naqilləri isladır. Nəticədə naqillərdə izolyasiya zəifləyir, qısaqapanma baş verir və bu zaman elektrik enerjisindən istifadə yanğın ehtimalını əhəmiyyətli dərəcədə artırır.


Bundan əlavə, yağışdan sonra nəm mühitdə işlədilən məişət cihazları da təhlükə mənbəyinə çevrilir. Su ilə təmasda olan elektrik avadanlıqları həm qızma, həm də qığılcım yaranmasına səbəb ola bilər. Bu isə xüsusilə yanıcı materialların çox olduğu qapalı məkanlarda yanğın riskini artırır.

Bu riskləri azaltmaq üçün bir sıra qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. İlk növbədə, elektrik panelləri və naqillər su keçirməyən izolyasiya ilə qorunmalı, mümkün olduqda divar daxilində yerləşdirilməlidir. Açıq sahədə qalan naqillər xüsusi qoruyucu kanallarla örtülməlidir. Eyni zamanda, yağışdan sonra elektrik cihazlarını işə salmazdan əvvəl onların tam quruduğuna əmin olunmalıdır.

Bundan başqa, yaşayış evlərində mütəmadi texniki baxışların keçirilməsi, köhnə elektrik sistemlərinin yenilənməsi və müasir təhlükəsizlik standartlarına uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır.

Təəssüf ki, bəzi hallarda insanlar təhlükəsizlik qaydalarına laqeyd yanaşır, tikililərin konstruktiv xüsusiyyətlərinə və elektrik sistemlərinin düzgün qurulmasına kifayət qədər diqqət yetirmirlər. Bu isə son nəticədə insan həyatı və əmlak üçün ciddi risklər yaradır.

Bu səbəbdən əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, yağışlı hava şəraitində elektrik təhlükəsizliyi qaydalarının izah olunması və tikililərin mütəmadi yoxlanılması zəruri hesab olunur.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Все новости