Borcla qurban kəsmək olar? - AÇIQLAMA

Borcla qurban kəsmək olar? - AÇIQLAMA
26.05.2026 16:11 Cəmiyyət

Qurban bayramı yaxınlaşdıqca cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də imkanı məhdud insanların qurbanlıq və ya bayram üçün ət almaq məqsədilə borca girməsidir. 

Bəzi şəxslər bunu dini vacib hesab etsə də, ilahiyyatçılar məsələyə daha fərqli yanaşırlar.

Mövzu ilə bağlı ilahiyyatçı Yaşar Qurbanov TodayPress TV-yə bildirib ki, İslam dinində qurban kəsmək yalnız maddi imkanı çatan şəxslər üçün nəzərdə tutulur və insanın özünü çətin vəziyyətə salması doğru hesab edilmir.


"İmkanı olmayan insan üçün qurban kəsmək vacib deyil. Borca girib qurban kəsmək də düzgün sayılmır, çünki sonra o borcu ödəmək məsuliyyəti yaranır. Bu yanaşma yalnız qurbanlıqla məhdudlaşmır. Sırf bayramda süfrə açmaq və ya ət almaq üçün də insanın özünü maddi yük altına salması tövsiyə olunmur. Eyni şəkildə, borca girib ət almaq da dinimizin tövsiyə etdiyi yanaşma deyil. Ümumiyyətlə, insan özünü maddi çətinliyə salacaq şəkildə borclanmamalı, özünə əziyyət verməməlidir".

İlahiyyatçı vurğulayıb ki, dinin əsas prinsiplərindən biri insanın gücü çatan qədər məsuliyyət daşımasıdır. 

Onun fikrincə, bəzi hallarda insanlar cəmiyyət təzyiqi və ya "ayıb olar" düşüncəsi ilə borclansa da, bu addım sonradan daha ciddi maddi problemlərə səbəb ola bilər.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı 2026-cı ildə mayın 27-si və 28-nə təsadüf edir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Все новости