Hərbi attaşelər Naxçıvana səfər etdi

Hərbi attaşelər Naxçıvana səfər etdi
30.05.2025 10:15 Hərbi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib. 

TodayPress TV xəbər verir ki, səfərdə 19 ölkəni təmsil edən hərbi attaşelik aparatlarının 35 nümayəndəsi iştirak edib.

Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib, zəngin dövlətçilik irsi barədə onlara məlumat verilib. Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar.

ƏÜO komandanı general-mayor Kənan Seyidov xarici dövlətlərin hərbi attaşeləri ilə görüşüb. Səfər iştirakçılarına ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı brifinq təqdim olunub, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.

Qonaqlar ƏÜO-nun Təlim və Tədris Mərkəzində olub, müxtəlif sinif otaqları, simulyasiya mərkəzi və trenajorlar zalı ziyarət edilib. Hərbi attaşelər, həmçinin Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseyi ziyarət edib, xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri ilə tanış olublar.

Daha sonra qonaqlar Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinə aparılıb. Sonda hərbi attaşelərin tarixi-mədəniyyət abidələrinə ekskursiyası təşkil olunub.

FOTOLAR

Hərbi attaşelər Naxçıvana səfər etdi — 1
Hərbi attaşelər Naxçıvana səfər etdi — 2
Hərbi attaşelər Naxçıvana səfər etdi — 3
Hərbi attaşelər Naxçıvana səfər etdi — 4
Hərbi attaşelər Naxçıvana səfər etdi — 5
Hərbi attaşelər Naxçıvana səfər etdi — 6
Hərbi attaşelər Naxçıvana səfər etdi — 7
Hərbi attaşelər Naxçıvana səfər etdi — 8
XƏBƏR LENTİ
03 IYUN 2026
Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bütün Xəbərlər