Vens Rubio ilə ƏVƏZLƏNDİ: Nə baş verir?

Vens Rubio ilə ƏVƏZLƏNDİ: Nə baş verir?
12.02.2026 17:28

İllik ənənəvi Münhen Təhlükəsizlik Konfransında ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubionun başçılıq edəcəyi gözlənilir.


Məlumdur ki, ötənilki konfransda Amerikanı vitse-prezident Cey. Di. Vens təmsil etmişdi. Vens o zaman Avropanın ünvanına çox sərt ittihamlar söyləmişdi. Demişdi ki, Avropanın ən böyük düşməni onun özüdür, düşmənçiliyi Rusiyada yox, özündə axtarmalıdır, Avropa demokratiyanı və insan haqlarını məhv edib. Vensə Avropa liderlərindən çox sərt cavablar gəlmişdi.  

Bəs Tramp niyə Vensi Rubio ilə əvəzlədi?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Rəşad Bayramov bildirib ki, Münhen Təhlükəsizlik Konfransı transatlantik münasibətlərin tonunu müəyyən edən əsas platformalardan biridir və ABŞ nümayəndə heyətinə bu il dövlət katibi Marko Rubionun rəhbərlik edəcəyi gözləntisi ötən il vitse-prezident Vensin sərt çıxışı fonunda xüsusi diqqət çəkir:


“Keçən il Vensin Avropanı tənqid edən sərt ritorikasının Avropa paytaxtlarında ciddi narazılıq doğurması və ABŞ–Avropa münasibətlərində əlavə gərginliyə səbəb olması faktdır. Bu kontekstdə Trampın bu il fərqli fiqur seçməsi təsadüfi görünmür”.

Onun sözlərinə görə, əsas amillərdən biri diplomatik tonun dəyişdirilməsi zərurətidir:

“Belə ki, Münhen konfransı yalnız fikir mübadiləsi məkanı deyil, həm də siyasi mesajların simvolik çəkisinin yüksək olduğu bir platformadır. Vensin çıxışı daha çox daxili auditoriyaya hesablanmış, ideoloji və konfrontativ xarakter daşıyırdı. Rubio isə klassik diplomatik məktəbin nümayəndəsi kimi tanınır və mesajları daha ölçülü, praqmatik çərçivədə təqdim etmək bacarığı ilə seçilir. Onun rəhbərliyi altında ABŞ tərəfi Avropaya münasibətdə daha konstruktiv ton nümayiş etdirə, fikir ayrılıqlarını açıq tənqid deyil, dialoq vasitəsilə ifadə edə bilər”.

R.Bayramov qeyd edib ki, digər faktor transatlantik etimadın bərpası ehtiyacı ilə bağlıdır:

“Son illər NATO daxilində yük bölgüsü, Ukraynaya dəstək, enerji təhlükəsizliyi və Çinlə münasibətlər kimi mövzularda ABŞ və Avropa arasında yanaşma fərqləri artıb. Belə bir şəraitdə dövlət katibinin konfransa rəhbərlik etməsi Vaşinqtonun Avropa ilə institusional və strateji əlaqələrə önəm verdiyini göstərən siqnaldır. Bu həm də ABŞ-nin ittifaq öhdəliklərinə sadiqliyini vurğulamaq üçün daha uyğun formatdır”.

Politoloqun fikrincə, daha bir amil daxili siyasi balansla bağlıdır:

“Vens Respublikaçı Partiyanın daha sərt və populist qanadını təmsil edən fiqur kimi qəbul olunur. Onun ritorikası seçici bazanın müəyyən hissəsinə xitab etsə də, beynəlxalq arenada əlavə gərginlik yarada bilər. Rubio isə daha ənənəvi xarici siyasət xəttinə yaxın şəxs sayılır. Onun önə çəkilməsi administrasiyanın həm daxili siyasi bazanı qorumaq, həm də xarici müttəfiqlərlə münasibətləri tam qoparmamaq niyyətində olduğunu göstərə bilər”.

Ekspert əlavə edib ki, bu dəyişiklik taktiki mesaj xarakteri də daşıyır:

“Tramp administrasiyası Avropaya əvvəlki tənqidi mövqeyindən tam geri çəkilmədən ton və təqdimat formasını dəyişə bilər. Yəni siyasətin mahiyyəti sərt qala, lakin diplomatik üslub yumşala bilər. Bu, xüsusilə Ukrayna müharibəsi, NATO xərcləri və Avropanın strateji muxtariyyəti məsələlərində aktualdır”.


R.Bayramov sonda vurğulayıb ki, Vensin Rubio ilə əvəzlənməsi şəxsi seçimdən daha çox siyasi siqnal kimi qiymətləndirilə bilər:

“Bu addım Vaşinqtonun Münhen platformasında gərginliyi artırmaqdan çox, münasibətləri idarəolunan çərçivədə saxlamağa üstünlük verdiyini göstərir. ABŞ–Avropa münasibətlərinin gələcək trayektoriyası isə yalnız ton dəyişikliklərindən deyil, konkret siyasət qərarlarından asılı olacaq”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Все новости