GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur

GERİ SAYIM BAŞLADI : Ermənistanın  taleyi həll olunur
01.06.2026 13:43

İyunun 7-də Ermənistanda keçiriləcək  parlament seçkilərinə sayılı günlər qaldı.

Bu proses ölkənin gələcək siyasi kursunu müəyyənləşdirəcək ciddi  tarixi hadisədir.

Hazırkı mənzərə göstərir ki, Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası seçki yarışında əsas favoritdir. Son rəy sorğularına görə, hakim partiya rəqiblərini xeyli qabaqlayır. Müxalifət düşərgəsində isə parçalanma davam edir və hələlik heç bir siyasi qüvvə Paşinyana ciddi təhlükə yarada bilmir.

Sorğular nə deyir?

Müxtəlif sorğular fərqli nəticələr göstərsə də, ümumi mənzərə dəyişmir: Paşinyan seçki yarışına lider kimi daxil olur.


Müşahidəçilər hesab edirlər ki, qərarsız seçicilərin bir hissəsi son anda seçim etsə belə, hazırda hakim partiyanın üstünlüyü kifayət qədər böyük görünür.

Paşinyan kampaniyasını "Sülh naminə səs verin" şüarı üzərində qurub. O, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını, yeni konstitusiya islahatlarını və Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsini əsas hədəf kimi təqdim edir.

Müxalifət isə hökuməti Qarabağ məsələsində güzəştlərə getməkdə ittiham edir. Onlar daha çox Rusiya ilə yaxın münasibətlərin qorunmasının vacibliyini vurğulayırlar.

Paşinyanın əsas vədləri nədir?

✓ Azərbaycanla sülh müqaviləsi

✓ Yeni Konstitusiya

✓ Avropa İttifaqı ilə inteqrasiya

✓ Qərbyönlü xarici siyasət

Bəs Moskva bu gedişatdan niyə narahatdır?

Son aylarda Ermənistan-Rusiya münasibətlərində gərginlik artıb. Ermənistanın Avropa istiqamətində atdığı addımlar Moskvanın yuxularını qarışdırır.

Rusiya rəsmiləri açıq şəkildə bildirirlər ki, Ermənistan eyni zamanda həm Avropa İttifaqına inteqrasiya edib, həm də Avrasiya İqtisadi Birliyinin bütün üstünlüklərindən yararlana bilməz. 

Aİİ-nin son iclasında dövlət başçılarının bağlı qapılar arxasında Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarını müzakirə etdilər. İclasda iştirak edən dörd ölkənin (Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan) liderləri Ermənistanla bağlı xüsusi bir bəyanat qəbul ediblər. Sənəd iclasda Ermənistanı təmsil edən baş nazirin müavini Mqer Qriqoryana təqdim olunub.  Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov dərhal sonra açıqlama verdi ki, Ermənistan Aİ-yə yalnız öz hesabına inteqrasiya edə bilər. Bütün bunlar Paşinyana təzyiq kimi qiymətləndirilir. 

Bundan başqa, sosial şəbəkələrdə anti-Paşinyan kampaniyalarının genişləndiyi, informasiya mübarizəsinin gücləndiyi müşahidə olunur. Mənbələr bunun Rusiya dairələrinin xüsusi işgüzarlığı kimi təqdim edirlər. 

Rusiyanın Ermənistana son xəbərdarlıqları: 

• Avropa ilə yaxınlaşma tənqid edilir

• AİB üzvlüyünün üstünlükləri xatırladılır

• İqtisadi təzyiq siqnalları verilir

• İnformasiya müharibəsi güclənir

Mövcud vəziyyət Paşinyanın seçkilərə ən güclü namizəd kimi getdiyini göstərir. Əgər hakim partiya qələbə qazanarsa, Ermənistanın Qərbə inteqrasiya kursu və Azərbaycanla sülh prosesi daha da sürətlənə bilər.

Bununla belə, seçkiyə qədər qalan günlərdə müxalifətin fəaliyyəti, qərarsız seçicilərin seçimi və xarici təsirlər nəticəyə müəyyən dərəcədə təsir göstərə bilər.

7 iyun seçkiləri Ermənistanın gələcək geosiyasi istiqamətini müəyyənləşdirəcək ən vacib siyasi hadisələrdən biri olacaq. 

Jalə Rövşən 

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
"İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər 19:42 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 Все новости