"Bir işarəmlə müharibə qayıdar" — Sülh prosesi RİSK ALTINDADIR!

"Bir işarəmlə müharibə qayıdar" — Sülh prosesi RİSK ALTINDADIR!
16.10.2025 17:30 Təhlil

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər HƏMAS atəşkəs razılaşmasına əməl etməsə, İsrail ordusu onun bir işarəsilə Qəzzada müharibəyə qayıdacaq.

Həmçinin İsrailin müdafiə naziri İsrail Katz da buna bənzər bəyanatla çıxış edib:


"HƏMAS razılaşmasını yerinə yetirməkdən imtina edərsə, İsrail ABŞ ilə koordinasiyada HƏMAS-ın tam məğlubiyyətinə nail olmaq, Qəzzada reallığı dəyişdirmək və müharibənin bütün məqsədlərinə çatmaq üçün hərbi əməliyyatlara qayıdacaq", –  Katz bildirib.

İsrail-HƏMAS müharibəsi yenidən başlaya bilərmi?


Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoq Çingiz Şahbazi qeyd edib ki, Trampın atəşkəs rejiminə HƏMAS-ın riayət etməməsini əsas gətirərək İsrail ordusunun Qəzzada yenidən hərbi əməliyyatlara başlaya biləcəyi barədə bəyanatı Qəzzada sülh prosesini ciddi şəkildə risk altına qoyur.


Bu kimi açıqlamalar əldə olunan razılaşmaların nə qədər kövrək olduğunu da göstərir.

"Trampın bu bəyanatı silahı buraxmağa məcbur etmək və s. məqsədlərlə HƏMAS-a qarşı təzyiq elementi kimi istifadə edilə bilər. Lakin HƏMAS-ın siyasi və ideoloji mövqeyini nəzərə alsaq, bu təzyiq əks istiqamətə yönələrək müqaviməti gücləndirmək məqsədi daşıya bilər", – deyə ekspert bildirib.


O əlavə edib ki, əslində, Trampın bu bəyanatı müəyyən mənada doğru görünə bilər və burada bir neçə mümkün variant öz əksini tapır:

"Əlbəttə, HƏMAS silahı buraxmadığı təqdirdə Qəzza yenidən qan gölünə çevriləcək. Bu, artıq bir aksioma kimi qəbul edilir. Lakin bunu indiki zamanda və bu tərzdə bəyan etmək vəziyyətin xeyrinə olmaya bilər. Belə bəyanatlar vasitəçi ölkələri də çətin duruma sala bilər.

İsrail-Fələstin məsələsi tarixi və dərin köklərə söykənir. Buradakı müharibə və düşmənçilik digər münaqişələrdən fərqlənir. Bu baxımdan, bəyanatlar da daxil olmaqla münaqişə ilə bağlı bütün məsələlərdə həssaslıq əsas məqsəd olmalıdır və qurulan cümlələrə belə diqqətlə yanaşılmalıdır".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Bütün Xəbərlər