Livan və Suriyada mənzil böhranı dərinləşir

Livan və Suriyada mənzil böhranı dərinləşir
21.05.2026 12:29 Xarici siyasət

“Livan və Suriyada münaqişələrin təsiri mənzil və yaşayış xərclərini daha da ağırlaşdırıb”.

TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təmsilçisi Filip Dekorte deyib.

O bildirib ki, Livanda hazırda genişmiqyaslı məcburi köçkünlük davam edir və köçkünlərin böyük hissəsi kollektiv mərkəzlərdə deyil, özəl kirayə bazarında yerləşdirilir.

“İnsanların təxminən 50 faizi özəl bazarda kirayədə yaşayır. Bu ailələr uzun müddət köçkün qalacaqlarını gözləmirdilər və artıq planlaşdırdıqlarından daha uzun müddət kirayə ödəmək məcburiyyətində qalıblar. Enerji qiymətlərinin artması kirayə haqlarını daha da yüksəldib. Livandakı münaqişə və Beyrut partlayışından sonra elektrik sisteminin çökməsi insanları generatorlardan istifadəyə məcbur edib və yanacaq qiymətlərinin artımı vəziyyəti daha da ağırlaşdırıb”.

“UN-Habitat” təmsilçisi bildirib ki, əvvəllər Livan hökuməti evlərinə qayıdan ailələrə yenidənqurma üçün maliyyə yardımı edirdi. Lakin beynəlxalq maliyyə böhranı səbəbindən artıq bu dəstəyin təmin olunması çətinləşib.

“Tikinti xərcləri artır, amma mövcud maliyyə azalır. Bu isə böhranın təsirlərini daha da ağırlaşdırır”, – deyə Filip Dekorte qeyd edib.

O, həmçinin Suriyada hökumətin insanları düşərgələrdən çıxarıb evlərinə qaytarmaq üçün yeni yanaşmalar üzərində işlədiyini bildirib.

Filip Dekortenin sözlərinə görə, Dəməşq ətrafındakı bəzi yaşayış məhəllələri tamamilə dağıdılıb və hazırda əsas diqqət mənzil və mülkiyyət məsələlərinin həllinə, zərərin qiymətləndirilməsinə və ailələrin yenidənqurma prosesinə dəstək göstərilməsinə yönəlib.

O əlavə edib ki, ailələrin evlərini bərpa etməsi üçün mikro maliyyə mexanizmlərindən daha geniş istifadə imkanları nəzərdən keçirilir.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
“Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident İlham Əliyev Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 All News