“Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış - VİDEO

“Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış - VİDEO
17.08.2026 20:22

Ukraynanın Türkiyədəki səfiri Nariman Cəlal Krımın da Qarabağ kimi azad olacağını bildirib.

TodayPress TV xəbər verir ki, diplomat Ukrayna şəhərlərinin hər gün atəşə tutulmasına baxmayaraq, Kiyevin öz ərazilərini geri qaytarmaq əzmini qoruduğunu qeyd edib.

Cəlalın sözlərinə görə, hazırda Krımda 300-dən çox siyasi məhbus var və onların 169-u Krım tatarlarıdır. O, Rusiya hakimiyyətinin yarımadada ruslaşdırma siyasətini davam etdirdiyini və yerli əhalinin sıxışdırıldığını bildirib.

Ukraynadakı vəziyyətə toxunan səfir enerji infrastrukturuna qarşı hücumların davam etdiyini qeyd edib.

Nariman Cəlal həmçinin Türkiyəyə Rusiyanın hərbi gəmiləri üçün Qara dəniz boğazlarını bağladığına, Ukraynanın müdafiə sənayesinə verdiyi dəstəyə və onun Rusiya əsirliyindən azad olunmasına göstərdiyi köməyə görə təşəkkür edib.

Kübra Musayeva

NEWS FEED
29 AUGUST 2026
All News