"Wizz Air" Yaxın Şərqi tərk edir: Avropa büdcəli nəhəngin qəfil qərarında hansı siyasi səbəblər gizlənir?

"Wizz Air" Yaxın Şərqi tərk edir: Avropa büdcəli nəhəngin qəfil qərarında hansı siyasi səbəblər gizlənir?
17.07.2025 19:30 Turizm

Aşağıbüdcəli aviaşirkət hesab olunan "Wizz Air" Abu Dabi mərkəzli törəmə şirkətindən və Yaxın Şərq bazarından birdən-birə geri çəkildiyini elan edib.

TodayPress TV xəbər verir ki, bu qərar şirkətin cəmi dörd il əvvəl Birləşmiş Ərəb Əmirliklərində böyük iddialarla bazara daxil olmasından sonra verilib. Rəsmi açıqlamaya görə, aviaşirkət bundan sonra resurslarını Avropa marşrutlarına yönəldəcək. Lakin qərarın vaxtı, miqyası və arxa planı yalnız kommersiya ilə izah edilə bilməyəcək qədər mürəkkəb görünür.

Strateji partnyorluğun səssiz dağılması:

2020-ci ildə "Wizz Air" və Əbu Dabi dövlət investisiya fondu ADQ "Wizz Air Abu Dhabi" layihəsini ortaq şəkildə qurdu. Məqsəd Yaxın Şərqi Avropa və Asiyaya birləşdirən regional hava nəqliyyat qovşağı yaratmaq idi. Lakin 2025-ci ilin ortalarında "Wizz Air" bu əməkdaşlığa son qoyduğunu açıqladı. Bu, ya ADQ ilə razılaşmanın pozulmasına, ya da "Wizz Air"in bölgədəki gələcək riskləri əvvəlcədən dəyərləndirib uzaqlaşmasına işarə edir.

Geosiyasi fırtına: Aviaşirkətlərin təhlükəsizlik hesablamaları

Yaxın Şərqdə son aylarda baş verən hadisələr, Qəzza müharibəsi, İran və İsrail arasında gərginlik, Husi qruplarının Qırmızı dənizdə mülki gəmilərə hücumları bölgənin hava məkanını da qeyri-sabit edib. "Wizz Air" kimi aşağıbüdcəli şirkətlər üçün bu cür gərginliklər isə sığorta xərclərini artırır, uçuş marşrutlarını məhdudlaşdırır və aviasiya təhlükəsizliyi standartlarını riskə atır.

Mütəxəssislərin fikrincə, bu faktorlar bazarın gəlir potensialını sarsıdır və şirkəti Avropada daha sabit marşrutlara qayıtmağa vadar edə bilər.

BƏƏ daxilində dəyişən prioritetlər:

Birləşmiş Ərəb Əmirlikləri öz milli aviabrendləri olan "Etihad", "FlyDubai", "Air Arabia Abu Dhabi"yə ciddi dəstək verir. Bu kontekstdə xarici operatorlara göstərilən siyasi və inzibati dəstək zəifləyə bilər. Bu isə "Wizz Air"in yerli rəqabətdə sıxışdırılmasına gətirib çıxarır.

Avropa İttifaqı ilə Yaxın Şərq qarşıdurması:

"Wizz Air", Macarıstan mənşəli olsa da, Avropa İttifaqının bazar və hüquq çərçivəsinə tabedir. Yaxın Şərq ilə İttifaq arasındakı fikir ayrılıqları isə illərdir mövcuddur və artıq uçurum halına çevrilib. Bunun fonunda aviaşirkətin ani qərarının "yuxarıdan verilmiş göstəriş" kimi qiymətləndirilməsi də mümkündür.

Nəticə etibarilə deyə bilərik ki, "Wizz Air"in qərarı rəsmi açıqlamalarda “strateji fokusun dəyişməsi” kimi təqdim olunsa da, səssiz və qəfil çıxışın arxasında həm siyasi, həm təhlükəsizlik, həm də reputasiya səbəbləri durduğu ehtimalı güclüdür.

Bu addım təkcə bir şirkətin kommersiya qərarı deyil, həm də geosiyasi reallıqların qlobal biznesə necə təsir etdiyini göstərən konkret nümunədir.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 IYUN 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Bütün Xəbərlər