Tehrandan GÖZLƏNİLMƏZ addım: Hörmüz bağlansa...

Tehrandan GÖZLƏNİLMƏZ addım: Hörmüz bağlansa...
18.02.2026 17:32 Təhlil

İran Hörmüz boğazını hərbi təlimlər və döyüş atışları səbəbilə müvəqqəti bağladığını açıqlayıb. 

Bu, Tehranın beynəlxalq su yolunun bağlanması barədə verdiyi ilk rəsmi bəyanatdır. 

Həmçinin, ABŞ Hərbi Dəniz Qüvvələrinin "P-8A Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarəsi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimlər keçirdiyi Hörmüz boğazı üzərində kəşfiyyat uçuşları həyata keçirib. 


Bəs Hörmüz boğazının bağlanması hansı nəticələrə səbəb ola bilər?

Sözügedən mövzunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu TodayPress TV-yə şərh edib.


O bildirib ki, ABŞ ilə İran arasında davam edən danışıqlar fonunda Birləşmiş Ştatlar bölgəyə əlavə hərbi qüvvələr göndərməklə İrana qarşı təzyiqlərini artırır:  

"Məqsəd danışıqlar masasında maksimum güzəştlər əldə etməkdir. İran da nüvə məsələsi ilə bağlı güzəştlərə hazır olduğunu açıqlasa da, eyni zamanda "qırmızı xətt"lərini bəyan edir və öz şərtlərini irəli sürür. Yəni İran, qarşı tərəfin maksimalist yanaşması ilə razılaşmayacağını bəyan edərək, öz tələblərinin həyata keçməsinə nail olmağa çalışır. İran Ballistik raketlər və proksi qüvvələrlə bağlı ABŞ-nin səsləndirdiyi İsrail hökumətinin tezislərini danışıqlar mövzusundan çıxarmaq, sadəcə nüvə silahı ilə bağlı razılıq əldə etmək və bunun müqabilində sanksiyaların aradan qaldırılmasına nail olmaq istəyir. 

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensinin son açıqlamasında sadəcə nüvə silahı məsələsinə toxunması diqqətçəkəndir. Eyni zamanda ABŞ-nin İranın faydalı qazıntıları ilə bağlı məsələləri də danışıqlar mövzusuna əlavə etməsi maraqlı məqamdır və İran buna da razı ola bilər".

Əli Zülfüqaroğlu qeyd edib ki, Hörmüz boğazı strateji əhəmiyyətə malikdir: 


"Dünya neft ixracatının beşdə biri buradan daşınır. ABŞ-nin neft idxalının yalnız 2 faizi buradan gəlsə də, Hörmüz boğazının bağlanması qlobal neft qiymətlərinin kəskin yüksəlməsinə səbəb olacaq. Bu, ABŞ iqtisadiyyatına mənfi təsir edərək inflyasiyanı artıra bilər. Belə bir vəziyyət isə bu il baş tutacaq aralıq seçkiləri baxımından ABŞ hökumətinin maraqlarına cavab vermir. İran, Hörmüz boğazı ilə bağlı atdığı addımlarla Vaşinqtona məhz bu mesajı verir. Ümumi vəziyyət isə ondan ibarətdir ki, diplomatik təmaslar hazırda hər iki tərəf üçün prioritetdir".  

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 All News