Tarixi mərhələ SONLANDI: Minsk qrupu buraxıldı!

Tarixi mərhələ SONLANDI: Minsk qrupu buraxıldı!
01.09.2025 17:18 Təhlil

"ATƏT-in Minsk qrupunun buraxılması uzun tarixi mərhələnin sonlanmasının rəsmi təsdiqi oldu. Bu, Azərbaycan və Ermənistan arasında illərlə mövcud olmuş müharibə vəziyyətinin başa çatdığının da mesajıdır".

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Ekspert bu qurumun sülhə necə mane olduğunu izah edib:

"1992-ci il martın 24-də yaradılan Minsk qrupu 2025-ci il sentyabrın 1-də fəaliyyətini dayandırdı. Həmin dövr ərzində münaqişə tərəfləri ilə onlarla görüş keçirildi. Bəzi məqamlarda münaqişənin həllinə çox yaxın olunduğu, yalnız bir-iki razılaşdırılmamış məsələnin qaldığı barədə mesajlar verilsə də, sonda “əgər bir məsələ razılaşdırılmayıbsa, deməli, heç bir məsələ razılaşdırılmayıb” kimi bəyanatlarla bütün proses dalana dirənirdi.

Bir sözlə, ATƏT-in Minsk qrupu Azərbaycan xalqının sülhə olan ümidlərini istismar etdi, onun taleyi ilə oynadı. Qrup üzvləri əsasən şəhərləri gəzməklə, müxtəlif tədbirlərdə yeyib-içməklə məşğul oldular. Heç vaxt Azərbaycan xalqının yaşadığı əzablara son qoymaq üçün real və konstruktiv addımlar atmadılar. Əksinə, “problemin müharibə yolu ilə həllinin mümkün olmadığını” təkrar-təkrar vurğulamaqdan başqa iş görmədilər".

Siyasətçi Azərbaycanın məsələni onların diktə etdiyi kimi deyil, öz istədiyi kimi həll etdiyini və yeni reallıqlar yaratdığını vurğulayıb.

Bununla belə, Minsk qrupunun üzvləri, xüsusən də Fransa vasitəçilikdən əl çəkmək istəməyib.

"Azərbaycana səfərləri zamanı Prezident İlham Əliyev onların artıq “təqaüdə çıxmaq vaxtının çatdığını” ironiya ilə qeyd etmişdi. Nəhayət, avqustun 8-i Vaşinqtonda imzalanan müqavilədən sonra ATƏT-in Minsk qrupunun buraxılması hər iki ölkə tərəfindən rəsmi şəkildə elan olundu. Hesab edirəm ki, bu qərarla regionda qarşıdurma dövrü tarixin səhifələrinə qovuşdu. Azərbaycan və Ermənistan bundan sonra vasitəçilərsiz, birbaşa danışıqlar apararaq problemlərini özləri həll edəcəklər", - analitik əlavə edib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.

Bildirilib ki, qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə sentyabrın 1-dən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 2025-ci il dekabrın 1-dən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

Qiymət Mahir

FOTOLAR

Tarixi mərhələ SONLANDI: Minsk qrupu buraxıldı! — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
“Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Bütün Xəbərlər