Satqınlar Paşinyana "satqın" deyir - Ermənistanda hava qarışıb

Satqınlar Paşinyana "satqın" deyir - Ermənistanda hava qarışıb
20.05.2026 16:40 Təhlil

Ermənistan növbəti parlament seçkilərinə hazırlaşır. Seçkilər proporsional sistemlə keçiriləcək, yəni bütün ölkə vahid dairə sayılır və partiyalar siyahıları ilə yarışacaq.

Partiyalar üçün minimum dörd faiz, iki və ya üç partiyalı bloklar üçün isə səkkiz faiz baryer müəyyənləşib. Əgər heç bir qüvvə sabit çoxluq qazana bilməsə, ikinci tur keçirilə bilər və qalibə əlavə mandatlar verilir. Parlamentdə minimum üç siyasi qüvvə təmsil olunmalıdır. Bu dəfə yarışa on doqquz siyasi qüvvə qatılıb. Hakim Vətəndaş Müqaviləsi partiyasının başında Baş nazir Nikol Paşinyan dayanır.

Əsas müxalifət qüvvələri arasında rusiyalı iş adamı Samvel Karapetyanın dəstəklədiyi Güclü Ermənistan, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi Ermənistan alyansı və oliqarx Qaqik Sarukyanın Çiçəklənən Ermənistan partiyası ön plana çıxır. Digər namizədlər arasında keçmiş ombudsman Arman Tatoyan, Hayk Marutyan və Edmon Marukyan kimi simalar da var.Son sorğulara görə Paşinyanın partiyası hələ də öndədir, lakin dəstəyi 26-33 faiz intervalında dəyişir.

Qərar verməmiş seçicilərin sayı xeyli çoxdur – 20-30 faizə qədər. Güclü Ermənistan ikinci yerdə 9-18 faizlə gedir, digər müxalifət qüvvələri isə daha aşağı nəticə göstərir. Paşinyan favorit hesab olunur, amma təkbaşına böyük çoxluq əldə etmək onun üçün asan olmayacaq. Əgər qərar verməmiş seçicilər onun tərəfinə keçsə və iştirak faizi yüksək olsa, Paşinyan yenidən hökuməti saxlaya bilər. Müxalifət birləşsə və ya daha çox səs toplasa, vəziyyət dəyişə bilər, lakin indiki parçalanma buna mane olur. Paşinyana qarşı tənqid dalğası güclüdür. 

Erməni mediası  açıq hücumları gücləndirib. Daha çox müxalifətyönlü televiziyalar, saytlar və sosial şəbəkələr Paşinyanı demək olar ki, hər gün “satqın”, “torpaq verən” və “xalqı satmış” siyasətçi kimi təqdim edir. Bir çox erməni mediası və ictimaiyyət onu 2023-cü ildə Qarabağ hadisələrindən, yüz minlərlə qaçqının gəlişindən, Azərbaycanla sülh danışıqlarından və Rusiyadan uzaqlaşma siyasətindən günahlandırır. Bəziləri bunu “xalqa xəyanət” kimi qiymətləndirir.

İqtisadi çətinliklər, korrupsiya iddiaları və müxalifətçilərə qarşı təzyiqlər də tənqidləri artırıb. Kilsə və xaricdəki erməni icmaları da Paşinyana qarşı sərt mövqedədir. Bir çox ekspertlər Rusiyanın Ermənistanda medianı seçki prosesi ərəfəsində ələ keçirdiyini deyir.

Hakimiyyətyönlü media isə bu tənqidləri qərbyönlü siyasətin nəticəsi kimi müdafiə etməyə çalışır.  Seçkiyə çox az - 18 gün qalıb. Gerisayım başlayıb. Getdikcə vəziyyət daha da gərginləşir. Hazırkı sorğular Paşinyanın iqtidarda qalma ehtimalını yüksək göstərsə də, qərar verməmiş seçicilərin davranışı və son həftələrdəki hadisələr nəticəni hələ də dəyişə bilər.

Jalə Rövşən

NEWS FEED
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 All News