Nyu-York seçimini etdi — Demokratlar oyuna qayıtdı!

Nyu-York seçimini etdi — Demokratlar oyuna qayıtdı!
07.11.2025 18:32 Təhlil

ABŞ-də keçirilən son bələdiyyə seçkiləri dünya tərəfindən olduqca maraqla qarşılanıb.

Belə ki, Nyu-York şəhərində Demokratlar Partiyasının namizədi, immiqrant ailəsində doğulan Zöhran Mamdani qələbə qazanıb. O, şəhər tarixində mer postuna seçilən ilk müsəlman olub. 


Həmçinin Demokratlar Nyu-Cersi və Virciniya ştatlarında da qubernator seçkilərində qələbə əldə ediblər.

Zöhran Mamdaninin Nyu-Yorkda qalib gəlməsi Demokratlar Partiyasının ABŞ daxilində siyasi mövqeyinin bərpa prosesi kimi dəyərləndirilə bilərmi?


Məsələni TodayPress TV-yə şərh edən politoloq Əli Orucov bildirib ki, Nyu-Yorkda keçirilən bələdiyyə seçkilərində Zöhran Mamdaninin qalib gəlməsi ABŞ siyasi səhnəsində mühüm dönüş nöqtəsidir:

“Mamdaninin qələbəsi Respublikaçılar Partiyası üçün ciddi zərbə oldu. Dini inancına görə müsəlman olan namizədin mer seçilməsinin qarşısını almaq üçün Donald Tramp bir sıra qeyri-demokratik addımlar atacağını açıq şəkildə bəyan etmişdi. O, hətta Nyu-Yorka dövlət büdcəsindən ayrılacaq vəsaitlərin kəsiləcəyi ilə hədələyirdi. Lakin bütün bu təzyiqlərə baxmayaraq, Mamdani böyük fərqlə qalib gəldi. Bu, Trampın siyasətinə və onun seçki strategiyasına qarşı cəmiyyətin etiraz səsi kimi qiymətləndirilməlidir”.


Siyasətçi Demokratların Nyu-Cersi və Virciniya ştatlarında keçirilən qubernator seçkilərində də qələbə qazanmalarından bəhs edib:

“Yeni prezidentin miqrantlara, müsəlmanlara və digər sosial qruplara qarşı sərt münasibəti ölkədə ciddi narazılıqlar doğurmuşdu. Eyni zamanda, Ağ Ev rəhbərinin varlı təbəqənin maraqlarını müdafiə etməsi və komandasına bu təbəqədən olan şəxsləri daxil etməsi demokratlara əlavə üstünlük verdi. Tramp seçki kampaniyası zamanı verdiyi vədləri yerinə yetirə bilmədi, bu isə cəmiyyətin etimadını sarsıtdı”.

Əli Orucov bildirib ki, Zöhran Mamdani seçki platformasında sosial məsələlərə xüsusi diqqət yetirib və bu, seçicilərin rəğbətini qazanmasına səbəb olub:

“Mamdani pulsuz uşaq baxımı, ictimai nəqliyyatın genişləndirilməsi və dövlətin sərbəst bazara müdaxiləsi kimi təşəbbüsləri açıq şəkildə müdafiə edib. Onun seçki xətti göstərdi ki, gənc nəslin maraqları və çoxmədəniyyətlilik artıq ABŞ-də siyasi proseslərin əsas həlledici faktoruna çevrilib”.


Ekspertin fikrincə, Nyu-York kimi dünyanın maliyyə, sənaye və ticarət mərkəzlərindən birində Demokratların qələbəsi partiya üçün böyük strateji uğurdur:

“Bu seçkilər göstərdi ki, Amerika cəmiyyəti pafoslu populizmə deyil, real iş görmək qabiliyyətinə malik liderlərə üstünlük verir. Demokratlar gələcək seçkilərdə Mamdaninin xəttindən və təcrübəsindən istifadə edəcəklər. Senata keçiriləcək aralıq seçkilər öncəsi bu nəticə həm də demokratların təşəbbüsü ələ alacağına dair mühüm siqnaldır. ABŞ bir daha göstərdi ki, demokratik sistemdə avtoritarizmə meyl üçün yer yoxdur”.

Qiymət Mahir

XƏBƏR LENTİ
05 IYUN 2026
İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Bütün Xəbərlər