Kremlin Bakıya və İrəvana qəzəbinin səbəbi bəlli oldu - SENSASİON AÇIQLAMA

Kremlin Bakıya və İrəvana qəzəbinin səbəbi bəlli oldu -  SENSASİON AÇIQLAMA
04.07.2025 11:38 Təhlil

“Hazırda eyni vaxtda həm Azərbaycana, həm də Ermənistana qarşı təzyiqləri müşahidə edirik. Bu təsadüf ola bilməz. Deməli, ortada Rusiyasız geniş anlaşma var və Rusiyanın xüsusi xidmət orqanları da bunu artıq müəyyənləşdirib”. 

Politoloq Natiq Miri bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, Zəngəzur koridoruna ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib:

"Zəngəzur dəhlizinin xarici şirkətə həvalə edilməsi ilk olaraq Avropa Şurasının təklifi idi. Bu, Azərbaycan və Ermənistan arasında bir müddət münaqişə predmeti oldu. Bunu istəməyən qüvvələr də var idi və onların içində əsas yeri Rusiya və İran tuturdu. O vaxtdan bəri bu ideya o qədər də əhəmiyyətli və keçərli sayılmadığı üçün müzakirələr dayandırıldı. Həqiqətən də, ABŞ bu nəqliyyat kommunikasiyasına nəzarəti öz üzərinə götürmək istəsə, bunun mümkün ola biləcəyini düşünürəm. Çünki bu məsələ öncə Türkiyə və Azərbaycanla razılaşdırılmalıdır və əlbəttə ki, bu nəqliyyat-kommunikasiya xətlərinin keçdiyi Ermənistan rəhbərliyi də razılıq verməlidir".

Analitik Ermənistanın Baş naziri Nikol Paşinyanın son Türkiyə səfərinə diqqət çəkib:

"Bu səfər qəfil baş verdi və iki dövlət başçısı arasında görüş keçirildi. Görüşün nəticələri ilə bağlı isə ictimaiyyətə o qədər də dəqiq məlumatlar verilmədi. Deyilənə görə, görüşdə ikitərəfli münasibətlər, sərhədlərin açılması və Azərbaycan-Ermənistan sülh müqaviləsi kimi məsələlər müzakirə olunub. Ancaq düşünürəm ki, Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdə daha bir çox mühüm məsələ, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsi də ciddi şəkildə gündəmdə olub. Əgər təqdim olunan informasiyalar həqiqəti əks etdirirsə, bu məsələnin reallaşmasını məntiqli və mümkün hesab edirəm. ABŞ şirkətinin dəhlizə tam nəzarəti ələ alması, həm təhlükəsizlik baxımından, həm də prosedurların icrası üçün zəmanət kimi çıxış edə bilər. Əgər bu şirkət nəqliyyat-kommunikasiya sahəsində bütün mexanizmləri öz üzərinə götürərsə, bu, həm də müəyyən mənada çəkindirici təsir göstərəcək və toxunulmazlıq effekti yaradacaq. Belə olan halda nə İran, nə də Rusiya bu məsələyə birbaşa müdaxilə edə biləcək". 

N.Miri yaxın perspektivdə bu modelin Türkiyə, Azərbaycan və Ermənistan üçün sərfəli variant ola biləcəyini düşünür:

"Ağlabatan, real və keçərli variantdır. Ola bilsin ki, bu məsələ artıq razılaşdırılıb və indi onun icra mexanizmlərinin müəyyənləşdirilməsi mərhələsinə gəlinib. Bu istiqamətdə Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən total qanunsuz hücumlar da təsadüfi deyil. Nəqliyyat-kommunikasiya sisteminə dair yeni razılaşmanın Rusiyasız və birbaşa ABŞ şirkətinin iştirakı ilə baş tutması Rusiyanı ciddi narahat edən məsələdir. Bu tip təzyiqlər yalnız azərbaycanlılara deyil, Ermənistandakı hökumətə qarşı da müşahidə olunur. Artıq Ermənistanda hakimiyyəti devirmək məqsədilə düyməyə basıldığı görünür. Nikol Paşinyanın hökuməti bu cəhdlərin qarşısını almaq üçün fəallaşıb, xüsusi xidmət orqanları genişmiqyaslı ifşa prosesinə başlayıblar. Rusiyanın emissarı kimi tanınan milyarder Samvel Karapetyan həbs olunub. Kilsə ilə dövlət arasında münasibətlər o qədər gərginləşib ki, artıq katolikos II Qaregin başda olmaqla bir sıra din xadimlərinin yaxın zamanda kilsədən uzaqlaşdırılması gözlənilir. Düşünürəm ki, Nikol Paşinyan buna nail ola biləcək".

Ekspertin fikirincə, Rusiyanın eyni zamanda həm Ermənistana, həm də Azərbaycana təzyiqi təsadüfi ola bilməz:

"Hazırda eyni vaxtda həm Azərbaycana, həm də Ermənistana qarşı təzyiqləri müşahidə edirik. Bu, təsadüf ola bilməz. Deməli, ortada Rusiyasız geniş anlaşma var və Rusiyanın xüsusi xidmət orqanları da bunu artıq müəyyənləşdirib. Bu səbəbdən də təqdim olunan məlumatlar inandırıcı görünür. Hətta ABŞ şirkətinin iştirakı olmasa belə, müəyyən güzəşt xarakterli razılaşmanın Azərbaycan, Ermənistan və Türkiyə arasında mümkün olduğu qənaətindəyəm. Mövcud perspektivlər bunu göstərir və düşünürəm ki, bu anlaşma da sülh müqaviləsi kimi uzaqda deyil".

Qeyd edək ki, Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh Fondu diplomatik mənbələrə istinadən iddia edib ki, Zəngəzur koridoruna ABŞ şirkəti nəzarət edəcək. Fond yazır ki, Tramp administrasiyası Zəngəzur dəhlizinin açılması üçün ABŞ şirkətlərindən birini "dəhlizin neytral qarantı" kimi təklif edib. ABŞ logistika şirkəti dəhlizdə məlumatların tərəflərlə paylaşılması, marşrut boyunca yük tranzitinin idarə edilməsi və monitorinqinə cavabdeh olacaq.  

Qiymət Mahir

FOTOLAR

Kremlin Bakıya və İrəvana qəzəbinin səbəbi bəlli oldu -  SENSASİON AÇIQLAMA — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 Bütün Xəbərlər