Köçəryan sülhü, koridoru və razılaşmaları İTTİHAM ETDİ - Rus mediasından kimə qarşı çıxır?

Köçəryan sülhü, koridoru və razılaşmaları İTTİHAM ETDİ - Rus mediasından kimə qarşı çıxır?
24.04.2026 16:21 Təhlil

Putinin adamı, Ermənistanın sabiq prezidenti Robert Köçəryan rus mediasına geniş müsahibə verib. Müsahibədə ən diqqətçəkən məqam odur ki, Vaşinqtonda paraflanmış sülh müqaviləsinin mətni onu qane etmir, TRIPP layihəsini də Ermənistanın maraqlarına uyğun hesab etmir.

Bu məsələlərdə Rusiyanın mövqeyi də, yəqin ki, təxminən eynidir. Robert Köçəryanın müsahibəsində Vaşinqton sazişinə olan kəskin etirazı və bunu Ermənistanın maraqlarına birbaşa təhdid kimi qiymətləndirməsi, əslində İrəvanda aparılan “sülh mübarizəsi”nin pərdəarxasını üzə çıxarır.

Köçəryan hesab edir ki, Vaşinqtonda paraflanmış sülh müqaviləsinin bəndləri Ermənistanı təhlükəsizlik zəmanətlərindən məhrum edir və ölkəni asimmetrik güzəştlərə məcbur qoyur. Onun “müqaviləyə yenidən baxılmalıdır” tələbi mahiyyət etibarilə danışıqlar prosesini sıfırlamaq və vaxt qazanmaq cəhdidir. Bu yanaşma Moskvanın Qərb platformasındakı sülh təşəbbüslərinə olan skeptisizmi ilə tamamilə üst-üstə düşür.  

Köçəryan iddia edir ki, Ermənistanın yeganə xilası Rusiya ilə strateji müttəfiqliyə qayıtmaqdır. O, Paşinyanı Qərbə meyllənməkdə və təhlükəsizlik boşluğu yaratmaqda ittiham edir.

Deyəsən Köçəryan Prezident İlham Əliyevin Ermənistana verdiyi “ev tapşırığı”nı unudub: “Ermənistan konstitusiyasına düzəliş edilməyənədək sülh sazişini rəsmi olaraq imzalamaq mümkün deyil. Bu, bir növ onların ev tapşırığıdır. O tamamlandıqdan sonra yekun sülh sazişi imzalanacaq.”  Odur ki, Ermənistan nəinki narazı olmalı deyil, üzərinə düşən öhdəliyi yerinə yetirməyə başlamalıdır.

Koçaryan Ermənistanı Rusiyanın “təhlükəsizlik çətiri” altına qaytarmağa çağırarkən, regionda artıq Rusiyanın dominantlığına alternativ olan yeni güclər və ittifaqlar formalaşıb. Azərbaycan nümayiş etdirir ki,  Bakı artıq  yalnız balanslaşdırıcı deyil, həm də oyunqurucu tərəfdir.  Bu, Köçəryanın “yalnız Rusiya ilə var ola bilərik” tezisini ciddi şəkildə sarsıdır. 

Vaşinqton variantına və TRIPP layihəsinə qarşı çıxan Köçəryanın arqumenti budur ki, bu layihələr Ermənistanın yox, Azərbaycan və Türkiyənin maraqlarına xidmət edir. Burada Köçəryan əslində Rusiyanın  mövqeyini  səsləndirir. Yəni Rusiya Qərbin vasitəçilik etdiyi sülh müqaviləsini regiondan kənarlaşdırılmaq kimi qəbul edir.

Köçəryanın qarşı çıxdığı beynəlxalq layihələr, o cümlədən TRIPP kontekstindəki kommunikasiyalar Avropa üçün həyati əhəmiyyət daşıyır və bu layihələr bir növ “blokadadan çıxış” yoludur. Köçəryanın Paşinyanı “məğlub rəhbər sülh bağlaya bilməz” deyərək ittiham etməsi isə Ermənistanda daxili gərginliyi artırmağa xidmət edir. O, “güclü Ermənistan” vədi verir, lakin bunun yolu kimi yenə də asılılıq siyasətini təklif edir.

Bu siyasi mənzərə Ermənistan cəmiyyəti üçün də bir siqnal rolunu oynayır. Bu o deməkdir ki, Ermənistan daxildə “kim rusyönlüdür, kim qərbyönlüdür” müzakirəsini apararkən, Azərbaycan qlobal güclərlə strateji tərəfdaşlıqları möhkəmləndirir. Koçaryanın çıxışı seçki startı kimi də qiymətləndirilə bilər.

O, xalqa ya vəlvələdən (müharibə qorxusu), ya zəlzələdən (Rusiya ilə ittifaq) seçim təklif edir. Əgər Ermənistan Koçaryanın təklif etdiyi yolu seçərsə, bu, ölkənin daha çox Rusiya–İran oxuna yaxınlaşması və beynəlxalq layihələrdən kənarda qalması demək olacaq.

Lakin mövcud qlobal reallıqlarda bu xəttin uzunmüddətli davamı çətin görünür. Dünya artıq bu layihələrsiz keçinmək niyyətində deyil və Azərbaycan bu prosesin mərkəzindədir. Koçaryan keçmişin metodları ilə gələcəyi qurmağa çalışır. Lakin regionda reallıqlar artıq dəyişib. Ermənistanın “Rusiya forpostu” kimi qalması və ya Qərblə yeni sülh arayışı arasında tərəddüdü, onu Azərbaycanın diktə etdiyi və dünyanın qəbul etdiyi yeni düzəndən daha da uzaqlaşdıra bilər.

Jalə Rövşən

NEWS FEED
31 MAY 2026
CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 All News