İslamabadda "abad" danışıqlar: II raunda kim hansı dosye ilə gəlir?

İslamabadda "abad" danışıqlar: II raunda kim hansı dosye ilə gəlir?
21.04.2026 13:20 Təhlil

ABŞ və İran arasında İslamabadda planlaşdırılan ikinci raund danışıqların taleyi hələ də qeyri-müəyyən olaraq qalır. 

Vaşinqton nümayəndə heyətini və təhlükəsizlik qruplarını dörd təyyarə ilə Ravalpindi hava limanına göndərib, Pakistan ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görüb, Tehran isə rəsmi səviyyədə hələlik susur və danışıqlara nümayəndə göndərməyəcəyinə işarə edən açıqlamalar yayır. Bu, sadəcə taktiki manevr deyil – təxminən əlli ilə yaxın davam edən düşmənçiliyin yaratdığı dərin etimadsızlığın təzahürüdür.

Hər iki tərəf əsas məqsədlərini gizlətmək üçün eyni mövzuları ön plana çıxarır: nüvə proqramı, zənginləşdirilmiş uran və Hörmüz boğazı. Əslində, bu məsələlər üzrə texniki razılaşma əldə etmək o qədər də çətin deyil. Hər iki ölkə nüvə silahı əldə etməmək və mülki nüvə proqramını davam etdirmək barədə prinsipial mövqeyə yaxınlaşır. Zənginləşdirilmiş uranın taleyi isə daha çox daxili auditoriya qarşısında “qələbə” imici yaratmaq məqsədilə istifadə olunur. Hörmüz boğazı məsələsində isə tərəflər artıq müvəqqəti “anlaşma memorandumu” formatına yaxınlaşırlar – əsas razılaşmaya qədər vaxt qazanmaq üçün.

Birinci raundun nəticələri göstərir ki, hər iki tərəf “qazana bilməyəcəyi müharibə və itirməyə dözə bilməyəcəyi sülh” vəziyyətindədir. Bu, klassik realpolitik determinizmin nümunəsidir: maraqlar ideoloji mövqelərdən üstün tutulur. Analitiklərin fikrincə,  əgər razılaşma əldə olunarsa, İran siyasi legitimlik, iqtisadi nəfəs və təhlükəsizlik təminatı qazana bilər. ABŞ isə Yaxın Şərq, Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya və Hind okeanında Rusiya və Çinə qarşı geosiyasi üstünlük əldə edə bilər. İranın coğrafi mövqeyi bu baxımdan strateji əhəmiyyət daşıyır və Vaşinqtonun Tehrana verəcəyi güzəştlər əldə olunacaq faydalarla müqayisədə nisbətən kiçik görünür.

Görünən odur ki, razılaşma baş tutmazsa, itkilər hər iki tərəf üçün ciddi olacaq, ən böyük qalib isə Çin və Rusiya ola bilər. Onlar artıq İranı “anti-Qərb” oxu daxilində möhkəmləndiriblər və gərginlik davam edərsə, bu ox daha da güclənəcək. ABŞ bu riski dərk edir və buna görə də yalnız hərbi təzyiqdən deyil, diplomatik və iqtisadi vasitələrdən də istifadə edir.

“Kök və çubuq” siyasəti əvəzinə,  Pakistan kimi  üçüncü tərəflər vasitəsilə “paylaşım” strategiyası seçilir. Bu  hər kəsə müəyyən pay verərək tərəfləri masada saxlamaq məqsədi güdür.  Pakistanın bu prosesdəki rolu da strateji baxımdan əhəmiyyətlidir. İslamabadda görülən fövqəladə təhlükəsizlik tədbirləri ölkəyə regionda vasitəçi imici qazandırır, lakin eyni zamanda ciddi risklər də yaradır.

Ekspertlərin qənaətincə, mövcud gedişat göstərir ki, danışıqlar davam edəcək – çünki real siyasətin məntiqi hər iki tərəfin ideoloji gözləntilərindən və sərt mövqelərindən daha güclüdür. Nəticə etibarilə, Hörmüz boğazının açıq qalması, nüvə proqramının mülki çərçivədə saxlanılması və praktik addımların atılması artıq mühüm irəliləyiş hesab olunacaq. Regionun gələcək güc balansı isə bu danışıqların nəticəsindən birbaşa asılı olacaq.

Jalə Rövşən

NEWS FEED
31 MAY 2026
Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 All News