İrəvanın köhnə forpost vəsiqəsi yenisi ilə əvəz ediləcək?

İrəvanın köhnə forpost vəsiqəsi yenisi ilə əvəz ediləcək?
07.05.2026 16:45 Təhlil

Uzun illər Ermənistanın xarici siyasətində hakim olan "forpost" statusu var. 

Son zamanlarda isə rəsmi İrəvanın Qərbə yönəldiyi aşkardır.

Maraqlıdır, İrəvanın köhnə "geosiyasi vəsiqəsi" yenisi ilə əvəz ediləcəkmi?

Məsələ ilə bağlı politoloq Aytən Qurbanova TodayPress TV-yə danışıb.


Onun sözlərinə görə, uzun müddətdir ki, Ermənistanın forpost olması və hər hansı formada müstəqil siyasət kursuna sahib olmaması ilə bağlı fikirlər fərqli platformalarda müzakirə olunur və bu, bir çox istiqamətdə reallığı əks etdirir:

“Çünki Rusiyanın regionda təsir mexanizmlərini məhz Ermənistan vasitəsilə hər zaman qoruyub saxlamaq cəhdləri, eyni zamanda Ermənistan daxilindəki hərbi, siyasi və strateji dayaqları bunu deməyə əsas verir ki, Ermənistan heç bir halda müstəqil xarici siyasət konsepsiyasına sahib olmayıb. Son zamanlar Ermənistanın qərbyönümlü siyasəti və Qərbə inteqrasiya adı altında bir çox siyasi güc mərkəzləri ilə əlaqələrin formalaşdırılması da Qərbin Ermənistan üzərində növbəti təsir mexanizmləri formalaşdırmaq cəhdlərinin aydın təzahürüdür. Aydın şəkildə müşahidə edirik ki, istər Qərblə, istərsə də Rusiya ilə əlaqələrin formalaşdırılmasında Ermənistan heç bir halda bərabərhüquqlu tərəfdaş qismində çıxış etməyib. Hər zaman vassal və ağa münasibətləri, eyni zamanda forpost, bufer dövlət statusu Ermənistanın üzərində olub”.

Ekspert bildirib ki, 8 avqust 2025-ci ildə Azərbaycanla birlikdə Vaşinqtonda imzalanan üçtərəfli bəyanatdan sonra yaranmış yeni situasiyada Ermənistan tərəfindən müəyyən mənada qətiyyətli mövqeyin nümayiş etdirildiyini və bu statusdan uzaqlaşaraq müstəqil xarici siyasət yeritməklə bağlı cəhdlərin icra olunduğunu aydın şəkildə müşahidə edirik:

“Təbii ki, bunun üçün qət ediləcək yol kifayət qədər uzundur, amma düşünürəm ki, başlanğıc nöqtəsi Azərbaycanla imzalanacaq sülh müqaviləsi, davamında münasibətlərin normallaşdırılması və inteqrasiya prosesinin sürətli şəkildə həyata keçirilməsi ilə bağlı atılacaq addımlarla müşayiət olunmalıdır. Əks halda, Ermənistanda hər hansı formada revanşist qüvvələrin hakimiyyətə gəlmək cəhdlərinin uğurlu olması ilə bağlı ssenari reallaşar və bu istiqamətdə Qərbin ya da Rusiyanın təsir mexanizmləri müəyyən mənada icra olunarsa, bu, Ermənistan üçün nəinki forpost statusundan uzaqlaşıb yeni bir statusun qazanılması ilə bağlı hər hansı bir cəhdin uğurlu olması, eləcə də ümumiyyətlə Ermənistan dövlətinin varlığının ciddi sual altına düşməsi ilə nəticələnə bilər. Ona görə düşünürəm ki, məhz bu statusdan uzaqlaşmaq istəyən Ermənistanın atacağı ən önəmli addım sülh müqaviləsinin imzalanması, xəyali iddialardan uzaqlaşaraq real xarici siyasət konsepsiyasına və prioritet istiqamətlərinə yiyələnməklə region dövlətləri və qlobal sistemin fərqli aktorları ilə münasibətlərin formalaşdırılması ola bilər”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 All News