İranın AEBA ilə əməkdaşlığı dayandırması regiona nə edir?

İranın AEBA ilə əməkdaşlığı dayandırması regiona nə edir?
24.06.2025 16:08 Təhlil

"İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığı dayandırması regionda yeni gərginlik dalğasına səbəb ola bilər".

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, İranın AEBA ilə əməkdaşlığı dayandırmaq qərarı kifayət qədər radikal addım kimi qiymətləndirilməlidir. Belə bir qərar Tehranı beynəlxalq təzyiqlərlə üz-üzə qoya bilər.

"AEBA İranın nüvə proqramına nəzarət edən əsas beynəlxalq orqandır və Tehranla bu qurum arasında əməkdaşlığın dayandırılması şəffaflıq çatışmazlığı fonunda məsələnin BMT və digər beynəlxalq platformaların gündəminə çıxarılmasına yol aça bilər. Bu isə İran üçün indiki mürəkkəb geosiyasi şəraitdə heç də sərfəli nəticələrə gətirib çıxarmayacaq".

Analitikin fikrincə, İran bu addımı ABŞ və İsrailin hərbi zərbələrinə cavab olaraq atsa belə, bununla beynəlxalq nəzarətdən tam yayınmaq imkanları məhdud olacaq:

"Tehran AEBA ilə əməkdaşlığı rəsmən dayandırarsa, bəzi beynəlxalq qurumlar və dövlətlər İran üzərində təzyiqləri daha da artıracaq, yeni iqtisadi və siyasi sanksiyaların tətbiqi gündəmə gələ bilər. Halbuki İran hazırda da kifayət qədər ağır sanksiyalar altındadır və əlavə məhdudiyyətlər ölkə iqtisadiyyatı üçün dağıdıcı təsir yarada bilər".

Bununla belə, politoloq vurğulayıb ki, AEBA ilə əməkdaşlığın pozulması İranın nüvə silahı əldə etməsini qısa müddətdə mümkün etmir. Əksinə, bu addım beynəlxalq müşahidəni daha da sərtləşdirəcək, Qərb dövlətlərinin isə Tehran üzərində nüvə proqramına dair təzyiqlərini gücləndirməsinə zəmin yaradacaq. Onun qənaətincə, belə bir ssenari ABŞ və müttəfiqləri üçün İrana qarşı daha genişmiqyaslı hərbi müdaxiləyə bəhanəyə çevrilə bilər.

“Bu isə İranda siyasi xaosa və rejim dəyişikliyi ehtimalının yüksəlməsinə yol aça bilər. Belə vəziyyətlərdə isə nüvə silahının əldə olunması ehtimalı əksər hallarda azalır”, - deyə o fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın dayandırılması planını təsdiqləyib. 

Töhfə Səməd

FOTOLAR

İranın AEBA ilə əməkdaşlığı dayandırması regiona nə edir? — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Bütün Xəbərlər