Ermənistanın taleyi həll olunur: Paşinyanı devirəcəklər?

Ermənistanın taleyi həll olunur: Paşinyanı devirəcəklər?
11.06.2025 15:44 Təhlil

“Ermənistanda davam edən daxili siyasi ziddiyətləri əvvəldən proqnozlaşdırırdıq, çünki Ermənistan çox mühüm mərhələyə qədəm qoyur. Bu, seçki dövrü ilə bağlıdır”.  

Politoloq İlyas Hüseynov bunu TodayPress TV-yə açıqlamasında deyib.   

Ekspert düşünür ki, Ermənistandakı parlament seçkiləri ölkənin gələcək müqəddəratını təyin edəcək: 

“Sonuncu parlament seçkilərində Ermənistanın Baş naziri Nikol Paşinyan müharibədə məğlub olmasına rəğmən etimad qazandı, mandat əldə etdi və Ermənistanın keçmiş liderləri ilə müqayisədə daha üstün göründü. Əhali müharibəyə yox, sülhə səs verdi. Hazırda vəziyyət bir qədər dəyişir, amma istənilən halda Paşinyanın reytinqi çox yüksəkdir. Çünki həm kilsə, həm də meydanlar vasitəsi ilə Paşinyanı devirmək planları bundan öncəki dövrdə iflasa uğramışdı. Hazırda da eyni rıçaqlardan istifadə olunur, müxtəlif nümayişlərə çağırışlar, digər tərəfdən kilsənin Paşinyana qarşı müqaviməti özünü göstərir. Lakin Paşinyanın arqumenti daha güclüdür. Məhz kilsəyə qarşı olan fikirlərində din ilə daban-dabana zidd olan yanaşmaları öz siyasi nüfuzu üçün məharətlə istifadə edir. Eyni zamanda Paşinyanın əsas yürütdüyü siyasi xətt sülh yönündədir”.  

Analitik Paşinyanın sülhdə maraqlı olduğunu daha çox göstərməli olduğunu bildirib: 

“O, sülhdə daha çox maraqlı olduğunu nümayiş etdirmək üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı daha tutarlı addımlar atmalıdır. Əks təqdirdə, sülhdə maraqlı olmadığını ortaya qoyacaq. Bu da təhlükəsizlik sistemi üçün böyük problemlərə yol açır. Digər tərəfdən, Nikol Paşinyan qarşıdakı dövrdə daha çox öz siyasi nüfuzu haqqında düşünməyə çalışacaq və bu da kənar geosiyasi oyunçuların regiona nüfuz etməsi ilə nəticələnə bilər”. 

Qeyd edək ki, Ermənistanın siyasi sferasında Baş nazir Nikol Paşinyana qarşı mübarizə günü-gündən güclənir. Məlumata görə, artıq Paşinyana etimadsızlıq prosesi başladılıb. 

Qiymət Mahir

FOTOLAR

Ermənistanın taleyi həll olunur: Paşinyanı devirəcəklər? — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Sərhəddə "Kahı əməliyyatı" - 23 kq narkotik... 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Bütün Xəbərlər