Dünya Çinin, dünya "Sem"in, dünya heç kimin? - "Dava yorğan davasıdır"

Dünya Çinin, dünya "Sem"in, dünya heç kimin?  - "Dava yorğan davasıdır"
14.05.2026 14:28 Təhlil

Dünyanın iki ən böyük gücü — ABŞ və Çin yenidən masa arxasındadır. Tramp öz "bazarlıq" üslubu ilə gəlib, Si Pin isə ehtiyatlı, lakin özünəinamlıdır. Bu görüş dünyanın gələcək 4-5 illik iqtisadi və hərbi xəritəsini cızmaq cəhdi kimi qiymətləndirilir.

Bəs niyə indi?

Trampın "qayıdışı" onun seçicilərinə verdiyi "böyük iqtisadi canlanma" vədini həyata keçirmək üçün Çinlə ticarət münasibətlərini ABŞ-nin xeyrinə həll etməsini zəruri edir. Digər tərəfdən, İran və enerji məsələsi də gündəmdədir. Yaxın Şərqdəki gərginlik Çinin enerji təhlükəsizliyinə, ABŞ-nin isə siyasi nüfuzuna təsir edir. Hər iki tərəf üçün bölgədəki "yanğını söndürmək" strateji maraq daşıyır. Eyni zamanda ABŞ-nin  250 illiyi fonunda Tramp dünyaya "sülh gətirən lider" imici vermək istəyir.

Masadakı gizli qəhrəmanlar isə texnologiya nəhəngləridir. Nümayəndə heyətində İlon Mask və Jensen Huang-ın olması təsadüfi deyil. Bu, göstərir ki, söhbət artıq təkcə soya paxlası və ya polad satışından getmir. Əsas qarşıdurma süni intellekt və yarımkeçirici texnologiyalar üzərindədir. Tramp Çinə çip satışını məhdudlaşdırmağa çalışsa da, Amerika şirkətləri bu nəhəng bazarı tamamilə itirmək istəmir.

Maskın iştirakı Çindəki zavodlarının təhlükəsizliyi və gələcək rəqabət üçün bir növ "sığorta" rolunu oynayır. Hər iki tərəfin məqsədləri fərqlidir. Tramp ABŞ üçün ticarət kəsirini azaltmaq və İran məsələsində təsir imkanlarını artırmaq istəyir. Onun əsas təzyiq vasitəsi tariflər və sanksiya təhlükəsidir. Si Cinpin  isə Çin iqtisadiyyatını qorumaq və Tayvan məsələsində qırmızı xəttini göstərmək niyyətindədir. Çinin əsas üstünlüyü isə kritik minerallar və batareya istehsalı üçün vacib xammal üzərində nəzarətidir.

Pərdəarxasında  daha incə oyunlar gedir. Tramp həmişə olduğu kimi Si Cinpini tərifləyərək şəxsi münasibət qurmağa və bununla danışıqlarda daha yumşaq şərtlər əldə etməyə çalışır. İran kartı da burada önəmlidir. Çin üçün İran həm strateji tərəfdaş, həm də ucuz enerji mənbəyidir. Tramp Çinə "İranı cilovla, mən də tarifləri yumşaldım" mesajı verir. Bu, 2026-cı ilin ən böyük diplomatik alverlərindən birinə çevrilə bilər. Tayvan məsələsi isə danışıqların ən həssas nöqtəsidir.

Sİ Cinpinin  sərt mesajları göstərir ki, Çin iqtisadi güzəştlərə açıq olsa da, suverenlik məsələsində geri addım atmayacaq. Tramp isə Tayvan kartından digər sahələrdə üstünlük qazanmaq üçün istifadə etməyə çalışacaq.

Nəticədə bu iki tərəfin böyük bir dostluğunu gözləmək sadəlövhlük olar. Daha çox "soyuq sülh" və hesablanmış rəqabət dövrü gəlir. Qısa müddətdə bazarlar bu görüşə müsbət reaksiya verə, dollar və yuan daha sabit görünə bilər. Uzun müddətdə isə texnologiya müharibəsi, xüsusilə çip savaşı dayanmayacaq, sadəcə daha kontrollu və müəyyən qaydalar daxilində davam edəcək.

Yekunda bu görüş bir "reset" deyil, tərəflərin bir-birinin gücünü yoxladığı strateji bir fasilədir.  Tramp kiçik bir ticarət razılaşmasını belə siyasi qələbə kimi təqdim etməyə çalışacaq, bu onun daxili reputasiyası üçün vacibdir. Si Cinpin  isə iqtisadi nəfəs almaq üçün hələki vaxt qazanmağa çalışacaq. 

Jalə Rövşən

NEWS FEED
02 JUNE 2026
Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 All News