TƏBİB: Pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

TƏBİB: Pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub
11.07.2025 09:47 Sağlamlıq

Respublika Klinik Xəstəxanasında pasiyent üzərində cərrahiyyədə ən mürəkkəb əməliyyatlardan biri olan “Whipple” uğurla icra olunub.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

1959-cu il təvəllüdlü pasiyent ağır mədə-bağırsaq qanaxması ilə Respublika Klinik Xəstəxanasına müraciət edib. 

Aparılan müayinələr nəticəsində ona gecikmiş mədəaltı vəzinin başının xərçəngi diaqnozu təyin olunub.

Pasiyent daha əvvəl bir çox tibb müəssisəsinə müraciət etsə də, yaşı və xəstəliyin gedişatı səbəbindən əməliyyata qəbul edilməyib. Respublika Klinik Xəstəxanası isə pasiyenti qəbul edib, o, müəyyən müddət ərzində həkim nəzarətində saxlanıldıqdan sonra əməliyyata alınıb.

Beş saatdan çox davam edən əməliyyat tibb müəssisəsinin baş həkimi, professor Sahib Hüseynovun rəhbərliyi və ümumi cərrah Bayram Bayramovun iştirakı ilə uğurla həyata keçirilib.

Əməliyyat zamanı xəstədə eyni anda beş orqan - mədənin bir hissəsi, mədəaltı vəzinin başı, böyük piylik (omentum), onikibarmaq bağırsaq (duodenum), öd yollarının distal hissəsi (xoledok) üzərində cərrahi əməliyyat icra olunub.

Daha sonra pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

FOTOLAR

TƏBİB: Pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Bütün Xəbərlər