Dietoloq: "Arıqlama həbləri yalnız son çarə olmalıdır"

Dietoloq: "Arıqlama həbləri yalnız son çarə olmalıdır"
17.11.2025 16:28 Sağlamlıq

Son illər sürətli nəticə vəd edən arıqlama preparatlarına maraq artsa da, mütəxəssislər xəbərdarlıq edir ki, bu dərmanlar orqanizmin təbii mexanizmlərinə birbaşa müdaxilə etdiyi üçün ciddi sağlamlıq riskləri yarada bilər. 


Mövzu ilə bağlı TodayPress TV-yə danışan endokrinoloq-diyetoloq, NLP master Dr. Azaya Musayeva bildirib ki, arıqlama məqsədilə istifadə olunan həb və preparatlar orqanizmin təbii mexanizmlərinə birbaşa təsir göstərir. Ona görə də onların qəbuluna həmişə ehtiyatla yanaşmaq lazımdır:

"Bu dərmanlar iştahanı azaldır, metabolizmi sürətləndirir və ya yağ və karbohidratların mənimsənilməsini bloklayır, lakin eyni zamanda ciddi fəsadlar yarada bilir. Belə preparatlar ürək-damar sisteminə mənfi təsir göstərərək taxikardiya, təzyiqin yüksəlməsi və aritmiyalara səbəb ola bilər. Stimulyator təsirli vasitələr sinir sisteminə də güclü təsir edir. Əsəbilik, yuxusuzluq, panik ataklar, psixoloji asılılıq iştahkəsici dərmanların tez-tez yaratdığı problemlərdir". 

Dietoloq əlavə edib ki, arıqlama həbləri hormonal tarazlığı pozaraq kortizol, leptin, qrelin, insulin və cinsi hormonların səviyyəsinə təsir edir və bu da uzunmüddətli sağlamlıq pozuntularına gətirib çıxarır:

"Bu preparatların qəbulu nəticəsində libido və potensiya azalması da müşahidə olunur. Həzm sistemi, qaraciyər, bağırsaqlar da dərmanların təsirindən zərər görə bilər. Susuzlaşma, elektrolit pozuntuları, zəiflik və ürək-əzələ funksiyasında problemlər də “qurutma” effektli vasitələrin yaratdığı risklərdəndir. Arıqlama dərmanlarının kəskin dayandırılması ilə çəki daha sürətlə geri qayıdır. Preparat kəsildikdən sonra çəki çox vaxt daha sürətlə bərpa olunur və bəzən əvvəlkindən də çox artır".

Dr. Azaya Musayeva bəzi hallarda bu dərmanlardan istifadənin qətiliklə yolverilməz olduğunu bildirib:

"Yüksək təzyiq, ürək xəstəlikləri, qalxanabənzər vəzi problemləri, psixoloji pozuntular, qaraciyər və böyrək xəstəlikləri olanlar, hamilə və əmizdirən qadınlar, hormonal və antidepressant dərman qəbul edənlər arıqlatma preparatlarından uzaq durmalıdırlar".

Sonda həkim xəbərdarlıq edib ki, arıqlama həbləri yalnız son çarə kimi və həkim nəzarəti altında istifadə edilməlidir. Davamlı və sağlam nəticə dərmanlarla deyil, qidalanmanın, hormon balansının, stres səviyyəsinin və metabolizmin düzgün tənzimlənməsi ilə əldə olunur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
04 IYUN 2026
“Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 Bütün Xəbərlər