Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01.06.2026 08:53

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

TodayPress TV xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

Uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar Azərbaycanın gələcəyidir və ölkənin gələcəyi onların əlindədir.

Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Azərbaycanda uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 Bütün Xəbərlər