Qaçaq Nəbinin arvadı erməniyə ərə gedib? - Tarixçidən şərh

Qaçaq Nəbinin arvadı erməniyə ərə gedib? - Tarixçidən şərh
02.09.2025 20:45 Mədəniyyət

Bir müddət əvvəl siyasətçi Sərdar Cəlaloğlunun jurnalist Aydın Cana verdiyi müsahibə müzakirələrə səbəb olub. 

Belə ki, o, müsahibə zamanı Qaçaq Nəbinin arvadı Həcərin 7 dəfə ərə getdiyini və bu ərlərdən ikisinin erməni olduğunu dilə gətirib:

“Bizə Bəyim kimi qadın lazımdır. Həcər isə Nəbinin 40-ı çıxmamış ərə gedib. Özü də, yeddi dəfə və onlardan ikisi erməni olub”, - deyə o bildirib. 

Birmənalı qarşılanmayan məsələ ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev TodayPress TV-yə açıqlama verib. 

O deyib:

“Həcərin Nəbinin öldürülməsindən sonra guya erməniyə ərə getməsi haqda xəbəri ilk dəfə Rusiya mətbuatı yayıb. Bu, ötən əsrin 70-ci illərinə təsadüf edir. Daha sonra gürcü mətbuatı Nəbiyə qarşı əks-təbliğata başladı. Təəssüf ki, sonralar bizim bəzi tədqiqatçılar da rus, gürcü mətbuatında Nəbi və Həcər haqqında dərc olunmuş böhtanları yayımlamağa başladılar. Həcərə qarşı çirkin təbliğat qəhrəman qadın obrazlarının məhvinə, yaddaşlardan silinməsinə hesablanıb. Həcər barəsində böhtanları çap edən bəzi tədqiqatçılarımız özləri də bilmədən bununla saxta erməni təbliğatına yardım edirlər. Həcər 1860-cü ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Yuxarı Mollu kəndində anadan olmuşdur. Onun atası Molla Xanalı ortabab kəndli idi. Dəstə üzvləri arasında Həcərlə yanaşı, bacısı Mehran xanım da olub: Mehran xanım bir müddət qaçaqlara qoşularaq döyüşüb. O, sərrast atmağı bacaran döyüşçülərdən imiş. Nəbi qətlə yetirildikdən, dəstə üzvləri dağılışdıqdan sonra Mehran xanım da sakitliyə çəkilib. Səhv etmirəmsə, onun indi Sumqayıtda qohumları yaşayır.

Həcərin qardaşı Məhəmməd Molla Xanalı oğlu da Nəbiyə qoşulanlar arasında idi. Məhəmməd bir qədər sonra həbs olunaraq 10 il azadlıqdan məhrum edilib”.

Zaur Əliyev həmçinin deyib:

“Nəbinin ölümündən sonra Həcər qohumlarının köməyilə Mollu kəndinə gətirilmişdir. Həcərin atası rəhmətə gedəndən sonra onlar ailə qurublar. Nəbi Həcəri qaçırdıb. Bəlkə də, varlı qızını qaçırdığı üçün filmdəki kimi onun toyuna gəlməyiblər. O xanımın dediyinə görə, Nəbi döyüşlərə Həcəri aparmaq istəmirmiş, Həcər deyirmiş, sən hardasan, mən də orda olacam. Nəbinin həyatı və mübarizəsi barədə tədqiqat aparmış, qəhrəmanımızın müasiri olmuş, onu yaxından tanımış Bəhlul Becət 70-ə yaxın arxiv sənədindən istifadə edərək apardığı araşdırmaları ilə qeyd edir ki, bir müddətdən sonra Həcər Nəbinin Həmzə adlı bir qohumuna ərə gedib. Həcər Həmzə ilə Molluda çox yaşayıb. Həcərin Nəbidən övladı olmayıb. İlləri hesablasaq, Həcər Həmzə ilə evlənəndə yaşlı olub və dünyaya uşaq gətirmək imkanı olmayıb. Onu da deyim ki, Həcər Nəbidən sonra cəmi bir dəfə ərdə olub. Bəzi mənbələr isə Həcərin ailə qurmadığını yazırlar”.

Tarixçi alim eyni zamanda bu cür sözlərin məqsədli kampaniya olduğunu bildirir:

“Həcərin erməniyə ərə getməsi haqda böhtanlar məqsədli kampaniyadır. Erməniyə qarşı döyüşmüş şəxs düşmənə necə ərə gedə bilər? Qaçaq Nəbinin həyatını əks etdirən "Atları yəhərləyin" filminin rejissoru Əbdül Mahmudov da deyir ki, bu ekran əsəri lentə alınarkən həmin dövr görkəmli tarixçilərlə, araşdırmaçılarla, filoloqlarla bir daha tədqiq edilib: "Həmin vaxt aparılan araşdırmalarda Həcərin erməniyə ərə getməsi haqda hər hansı bilgiyə, sənədə, yazılı qeydə rast gəlmədim.

Nəbi öldürülsə də, Həcər bir müddət dəstəyə başçılıq edib. Lakin sonralar o da silahı yerə qoyub. Həcərin sonralar xalçaçılıqla məşğul olması haqda məlumatlar var”.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Bütün Xəbərlər