İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verildi

İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verildi
24.12.2025 20:20 Mədəniyyət

Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu münasibətlə açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Açılış mərasimindən əvvəl Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, teatrın kollektivi, mədəniyyət xadimləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri və millət vəkilləri binada yaradılan şəraitlə tanış olublar. Teatrın direktor əvəzi qonaqlara aparılan əsaslı təmir işləri, yaradılan müasir infrastruktur və imkanlar barədə məlumat verib.

3000 kv.m-lik teatr binasının yenidənqurma layihəsi çərçivəsində teatr səhnəsi tam müasir standartlara uyğunlaşdırılıb, əlavə olaraq yeni kiçik səhnə yaradılıb. Səhnə mexanizmləri, işıq və səs sistemləri yenilənib, texniki infrastruktur beynəlxalq teatr təcrübəsinə uyğun qurulub. Tamaşaçı zalı akustik baxımdan təkmilləşdirilib, oturacaqlar və interyer dizaynı funksionallıq və estetik ahəngdarlıq prinsipləri əsasında yenidən formalaşdırılıb.

Teatr truppasının səmərəli fəaliyyəti üçün məşq zalları, qrim otaqları, dekorasiya və yeni iki texniki xidmət sahəsi yaradılıb, inzibati və yaradıcı heyətin rahat işləməsi üçün bütün zəruri şərait təmin olunub.

Qeyd olunub ki, həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri təkcə infrastrukturun yenilənməsi deyil, eyni zamanda İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcılıq potensialının gücləndirilməsinə, onun müasir teatr prosesinə tam inteqrasiyasına xidmət edir. Bu yenilənmə teatrın repertuar imkanlarını genişləndirir və milli teatr sənətinin inkişafına təkan verir.

Daha sonra açılış mərasimi və teatrın truppası ilə görüş baş tutub. Açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov və başqaları çıxış ediblər.

Çıxışlarda binada yaradılan şəraitə və mədəniyyətimizin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.

Görüşün sonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi adından Prezident İlham Əliyevə təbrik və təşəkkür müraciəti oxunub.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 Bütün Xəbərlər