Yer üzərində həyat "gel"lərdən yarana bilər

Yer üzərində həyat "gel"lərdən yarana bilər
04.12.2025 19:00 Maraqlı

Yaponiyanın Xirosima Universitetinin alimləri müəyyən ediblər ki, Yer üzərində həyatın mineralların, qayaların və torpaq səthində yaranan yapışqan gellərdən əmələ gəlməsi mümkündür.

TodayPress TV xəbər verir ki, araşdırma "ChemSystemsChem" jurnalında dərc olunub.

Alimlərin fikrincə, bu gellər maddələri bir yerdə toplayaraq onların dağılmasının qarşısını alır və kimyəvi reaksiyaların daha asan baş verməsinə şərait yaradırdı. Bu proseslər ilk hüceyrələr yaranmazdan əvvəl proto-metabolizmin formalaşmasına kömək etmiş ola bilər.

Gellər eyni anda bir neçə funksiyanı yerinə yetirirdi:

  • molekulları cəmləşdirirdi,
  • lazımi birləşmələri seçərək saxlayırdı,
  • temperatur, rütubət və su tərkibindəki dəyişiklikləri tənzimləyirdi.

Bu şərait uzun RNT və zülal zəncirlərinin yaranma ehtimalını artırır, gelin səthi isə molekulların qarşılıqlı təsiri üçün əlverişli mühit yaradırdı.

Tədqiqatçılar bildirirlər ki, bu “mini-laboratoriyalar” ilk özünü çoxaldan sistemlərin yaranmasına və elementar irsiyyətin formalaşmasına yol aça bilərdi.

Alimlər həmçinin qeyd edirlər ki, oxşar geləbənzər strukturlar başqa planetlərdə də mövcud ola bilər və bu, həyat axtarışında yeni imkanlar yaradır.

Gələcək təcrübələrdə tədqiqatçılar erkən Yer şəraitini təqlid edərək sadə kimyəvi maddələrin necə gel əmələ gətirdiyini və bunun reaksiyalara necə təsir etdiyini araşdırmağı planlaşdırırlar. Bu, həyatın necə yarandığını daha yaxşı anlamağa kömək edə bilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 All News