“Kokain” köpəkbalıqları alimləri təəccübləndirdi

“Kokain” köpəkbalıqları alimləri təəccübləndirdi
26.03.2026 18:45 Maraqlı

Baham adalarındakı Keyp Eleuthera İnstitutunun alimləri ölkə sahillərində yaşayan köpəkbalıqlarında kofein, kokain və ağrıkəsicilərin izlərini aşkar ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Science News"da məqalə dərc olunub. 

Test edilən 85 heyvandan 27-sinin qanında kofein, ikisində kokain, 13-ündə diklofenak və dördündə parasetamol aşkar olunub. Bu maddələrin ən yüksək səviyyəsi turist axınının çox olduğu ərazilərdə yaşayan köpəkbalıqlarda müşahidə edilib ki, bu da insan fəaliyyətinin ekosistemə təsirini göstərir.

Tədqiqat həmçinin köpəkbalıqlarının metabolik parametrlərində, o cümlədən laktat və karbamid səviyyələrində dəyişikliklər göstərib, bu da heyvanların kimyəvi maddələrə məruz qaldığını sübut edir.

Tədqiqatın aparıcı müəllifi Nataşa Voznikin bildirib ki, köpəkbalıqları üzgüçülük zamanı obyektləri araşdırarkən bu maddələrlə təmasa girirlər. Okeana düşən kimyəvi maddələr, o cümlədən dərmanlar, əksər hallarda çirkab suları və zibilxanalar vasitəsilə daxil olur — bəzi dərmanlar insan bədənində tam parçalanmır və suya düşür.

Alimlər qeyd edirlər ki, köpəkbalıqları normal davranıblar və heç bir intoksikasiya əlaməti göstərməyiblər, buna görə də “kokain köpəkbalığı hücumu” təhlükəsi yoxdur. Əsas risk ekosistemin çirklənməsidir ki, bu, dəniz həyatına və uzunmüddətli perspektivdə dəniz məhsulları istehlak edən insanlara mənfi təsir göstərə bilər.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 All News