Gündüz vaxtı görünə biləcək nadir kometa aşkarlandı

Gündüz vaxtı görünə biləcək nadir kometa aşkarlandı
07.02.2026 19:30 Maraqlı

Atakama səhrasında yerləşən uzaqdan idarə olunan teleskop vasitəsilə 13 yanvar 2026-cı ildə aşkar edilən “C/2026 A1” (MAPS) kometası astronomiya dünyasında böyük maraq doğurub.

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Araşdırmalar göstərib ki, bu səma cismi tarixdə ən möhtəşəm kometaları ilə tanınan “Kreutz” ailəsinə daxildir və minilliklər əvvəl nəhəng bir ana kütlədən qopan parçalardan biridir.

Məlumata görə, MAPS kometası aprel ayının əvvəlində Günəş səthinə təxminən 120 min kilometr məsafəyə qədər yaxınlaşacaq. “Günəşə toxunanlar” (sungrazers) adlandırılan bu tip kometalar adətən Günəşin yüksək temperaturuna tab gətirə bilməyərək tamamilə buxarlanır və ya çox qısa müddət ərzində son dərəcə güclü parlaqlıq yaradaraq unikal vizual mənzərə ortaya qoyur.

Alimlər bildirir ki, əgər MAPS bu təhlükəli keçidi parçalanmadan keçə bilsə, aprel ayının ortalarında səmada nadir müşahidə edilən bir mənzərə yaranacaq. Hətta kometanın Günəşə ən yaxın olduğu anlarda gündüz vaxtı belə gözlə görünəcək qədər parlaq ola biləcəyi ehtimal edilir.

Aysel Mətləb

NEWS FEED
01 JUNE 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 All News